Fahişədən qatilə çevrilən qızın hekayəsi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Fahişədən qatilə çevrilən qızın hekayəsi - FOTOLAR

Bu hadisə Sankt-Peterburqdan başlayıb. 1990-cı illərdə orada Lena Barışyeva adlı qız yaşayardı. Həmin illərdə insanlar çörək pulunu necə bacarırdı elə də qazanmağa çalışırdı. Lena isə öz bədəni ilə pul qazanardı. Lakin günlərin birində onun həyatı tamamilə dəyişdi. Lena yəhudi əsilli amerikalı milyoner Boris Kilişezlə tanış olur.

Lenanın hekayəsi lap Culiya Robertsin ifasında "Gözəlçə" filmini xartırladırdı. Filmin süjetinə görə fahişə qadın milyonerə ərə gedir... Lakin bu real həyatdı və kino il’ heç bir aidiyyəti yoxdur.

Amerikalının bu qadında nə tapmasını demək çətindir, ancaq Lena öz yaraşıqlı siması və seksual bədəni ilə məşhur idi. Necə deyərlər, sevginin gözü kor olur və Boris fahişəni sevərək onunla evlənmək qərarına gəlir. Sonda bunun nə ilə nəticələnəcəyindən heç kimin xəbəri olmayıb...

Boris arvadı Lenanın tam əksi idi. O, hər halda ağılsız adam da deyildi, çünki Boris cinayətkar təşkilatın külli miqdarda çirkli pullarının yuyulması ilə məşğul idi. Onu hətta FTB də izləyirdi. Boris daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur, müxtəlif fondlara investisiya yatırırdı və ticarət əməliyyatlarını həyata keçirdirdi. Bu qədər pul axının haradan gəlməsini müəyyən etmək olmurdu. Belə bir işlə məşğul olan adam çətin ki, ağılsız ola.

Boris arvadı üçün bir növ nağıllar aləminə aparan yol idi. O, təmtəraq və pul içində üzürdü. Heç kim belə bir zəngin insanın pul müqabilində fahişə kimi işləyən qadınla evlənməsini anlamırdı.

Boris Lenanı Nyu-York şəhərinə gətirdi. Lena içində hovuzu olan ev istəyirdi. Boris arvadını uşaq kimi əzizləyirdi və onun arzularını çin etməyə çalışırdı. Səhəri günü Boris arvadına Staten-Aylenddən içində hovuzu olan 4 milyon dollarlıq imarət alır.

Boris evdə çox az olardı. İş onun vaxtının çox hissəsini alardı. Lena ərinin evdə az görünməsindən məmnun idi və tez-tez evə dostlarını dəvət edərdi. Boris arvadına pul sərf etməkdə xəsislik etməzdi və ona ən son model avtomobil, 10 min dollar dəyərində zinət əşyaları verərdi.

Necə deyərlər, görməmişin qudurması ən pis haldır. Lena hər şeyi "belə də olmalıymış" kimi qəbul etməyə başladı. Bir gün Boris Klişezanın dostu Lenanı tam dəqiqliyi ilə təsvir etdi:

"Lena "yeni rus"un əsil arvadı idi-ərköyün, tənbəl və ağılsız". Bütün günü Lena özünü günə verir, hovuzda üzür, tennis oynayardı. O, kart oynamaq və içməyi sevərdi. Əri ona istədiyi hər şeyi verirdi.

Tezliklə Lena artıq bütün sərhədləri keçdi. O, hərəkətlərinin nəticəsini fikirləşmədən hər şey etməyə başladı.

1999-cu ildə Lena afro-amerikalı Mesaya Castis ilə tanış olur. Mesaya narkotik alverçisi və oğru idi. Onlar çox maraqlı bir şəraitdə tanış olublar. Mesaya Nyu-York küçəsində avtomobil ilə gedərkən Lena işıqforda ondan yolu soruşub. Sonra məlum olub ki, Lena əslində yolu bilirmiş, o sadəcə oğlanı cəlb etməyə çalışıb. Elə həmin günü onlar otelə gedərək orada əyləniblər. Həmin gecədən sonra Lena təzə tanış olduğu dostuna 75 min dollar dəyərində saat bağışlayıb.

Lena heç sevgilisini gizlətməyə çalışmırdı da. Lena onunla açıq-aşkar görüşməyə başlayır. Əlbəttə, bütün bu xəbərlər gec-tez Borisin qulağına gəlib çatacaqdı. Borisi özündən çıxaran təkcə arvadının ona xəyanət etməsi olmadı: Lena bank kartlarındna birini Castisə vermişdi. Onun sevgilisi özü də xəbəri olmadan mafiyanın pullarını sağa-sola xərcləyirdi.

Lenanın kartında sevgilisinin istifadə etdiyini öyrənən Boris hiddətindən partlayırdı. Boris arvadını boşamaq qərarına gəlir. Lakin əvvəlcə Lena ərinə bu vaxta qədər aldığı hər şeyi qaytarmalı idi. Hətta dostları Borisə belə bir sual vermişdi: "Qorxmursan ki, Lena səni qətlə yetirə bilər?". Boris çox nüfuzlu insan idi və həyatının təhlükədə olmadığına əmin idi.

Lakin hər şey Bosrisin fikirləşmədiyi kimi alındı. Onu sonuncu dəfə 2000-ci ilin mart ayının 28-dı gördülər. O, anasının zənglərinə cavab vermirdi. Həmin vaxtı isə Lena uşaqları ilə Disneylendə getmişdi. Borisin anası Lenaya zəng vurduqda isə o deyib: "Narahat olmayın, o bizimlə Disneylendə gedib. Lakin indi o bizim yanımızda deyil". Lena Nyu-Yorka ərsiz qayıdır. Arvadın sözlərinə görə əri ezamiyyətə gedib.

Bir neçə gündən sonra Borisin anası Lenanı ərinin itməsi barəsində ərizə yazmağa məcbur edir. Həmin günü Lena ərizə yazmadı. O, o qədər içmişdi ki, polis bölməsində yerə yıxılaraq qalıb. Onu polis bölməsindən xəstəxanaya aparıblar.

Borisin itkin düşməsini əvvəlcə işi ilə bağlı olmasından şübhələnirdilər. Lakin onun iş yoldaşları da axtarışa qoşulmuşdu. Lena isə polis şöbəsində dolaşıq cavablar verərdi. O zaman hüquq mühafizə orqanları Borisin itkin düşməsində Lena və onun qara dərili sevgilisindən şübhələndilər. Ancaq polis onların günahını sübuta yetirə bilmirdi. 1 aydan sonra polis Boris Kilişezanın cəsədini çənin içində tapır. Onun boğazında güllə yarası vardı.Onun cəsədi çənin içində o qədər şişmişdi ki, Borisi oradan çıxartmaq üçün çəni kəsmək qərarına gəldilər.

Mesaya Castisi polis şöbəsinə gətirdikdə, o, hər şeyi etiraf edir. Belə ki, mart ayının 28-də axşam saat 10 radələrində Lena ona zəng vurur. Mesaya onun evinə gələndə Borisin cəsədini zirzəmidə xalçaya bürünmüş halda tapır. Lenanın sözlərinə görə Boris onunla boşanmaq istədiyini dedikdən sonra ərini güllələyib.

Lena sevgilisindən meyiti daşımaqda yardım etməsini istəyib. Mesaya onun cəsədini plastik çənin içinə salaraq Atlantik okeana atıb. Mesaya məhkəmədə Lenaya qarşı ifadələr verərək polisə kömək edir.

İndi isə Lena Bedford-hill qadın həbsxanasında ömürlük həbs cəzası yaşayır. O, tez-tez jurnalistlərə nağıla bənzər keçmiş həyatından danışır. Onun demək olar hər şeyi vardı və ağılsızlığı ucbatından da hər şeyini itirdi. Mesaya Castis isə "meyitin qanunsuz daşınması" maddəsi ilə 2 il azadlıqdan məhrum edildi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm