Öpüşlə çəkilən şəkillər - FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Öpüşlə çəkilən şəkillər - FOTOLAR\VİDEO

Adi amerikalı qız Natali Ayriş özünəməxsus incəsənət növü yaradıb. Uşaqlıqdan incəsənətlə məşğul olan Natali rəssamlıq məktəbində oxuyub. İncəsənətin yeni üslubunu yaratmaq qıza maraqlı bir ideya verib. Natali bir gün dodağındakı boyanı salfetlə silərkən, kağız üzərinə həkk olan "rəsm" onun xoşuna gəlir. Bundan sonra Natali dodaqlarının köməkliyi ilə kağız üzərində şəkil çəkməyə başlayır.

Natalinin öpüşləri ilə yaranmış ilk şəkil Merlin Monronun portreti olub. Belə bir şəkilin hazırlanması üçün Nataliyə 5 ədəd dodaq boyası lazım gəlir. O, şəkilləri çəkmək üçün 3 saat müddətində kağızı öpməli olur. İşdən sonra isə Natali dodaqlarına dinclik vermək üçün gigiyenik boyadan istifadə edir.

Rəssam artıq 20-yə yaxın şəkilini öpməklə çəkib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm