Obama ilə liftə mindi, işdən qovuldu
Bizi izləyin

Bilgi.az

Obama ilə liftə mindi, işdən qovuldu

Rəisi tərəfindən Obamanı müşayiət etmək əmri alan təhlükəsizlik xidmətinin əməkdaşı prezidentlə bir yerdə liftə silahla girdiyi üçün işdən qovulub.

Publika.az "ntvmsnbc.com"a istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin 47 yaşlı əməkdaşı Kenned Teyt ABŞ-ın ilk zənci prezidentini müşayiət etmək üçün əmr alanda buna xeyli sevinib. Amma o, bunun onun karyerasının sonu olacağını fikirləşmirmiş.

Hadisə ABŞ prezidenti Barak Obamanın bir neçə həftə əvvəl Ebola virusu ilə bağlı ABŞ Yoluxucu Xəstəliklərə Nəzarət və Tədbir Mərkəzinə səfər etdiyi zaman baş verib. Mərkəzin təhlükəsizlik xidmətinin mühafizəçi işləyən Kenned Teyt səfər vaxtı ABŞ prezident Obamanı liftdə və limuzinə minən zaman müşayiət edib. Obama hətta ondan əhvalını belə soruşub.

Ancaq Obama mərkəzdən çıxaraq limuzinə minəndə Kenned Teyt yolverilməz səhv edib. O, bu anı mobil telefonun kamerasına çəkmək istəyib və Obamanın cangüdənləri tərəfindən sərt şəkildə xəbərdarlıq edilib. Daha sonra Teytin işlədiyi təhlükəsizlik şirkətinin rəhbərliyinə şikayət olunub.

Teyt Obama ilə çəkdirdiyi fotonu telefonundan silsə də, qısa müddətdən sonra işini itirib. İddiaya görə, Kenned Teyt Obama ilə liftə minəndə silahlı olub və bu barədə xüsusi-xidmət orqanlarının əməkdaşlarına məlumat verməyib.

ABŞ mətbuatı Kenned Teytin həyatını araşdırmağa başlayıb. Teyt bundan əvvəl oğurluq və ictimai asayişi pozmaqla ittiham edilib. Lakin heç vaxtı məhkum olunmayıb. Bun baxmayaraq, keçmişində qaranlıq məqamları olan silahlı şəxsin ABŞ prezidenti Barak Obama ilə eyni liftə minməsi xüsusi-xidmət orqanlarının səhvi kimi qiymətləndirilib.

Kenned Teyt işdən qovulandan sonra şirkət bununla bağlı heç bir açıqlama verməyib. Həmçinin onun ABŞ Yoluxucu Xəstəliklərə Nəzarət və Tədbir Mərkəzində işləyən 27 yaşlı oğlu da işdən qovulub.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm