Cavanlıq eliksiri tapıldı - tibbdə inqilab
Bizi izləyin

Bilgi.az

Cavanlıq eliksiri tapıldı - tibbdə inqilab

Harvard Universitetinin və Yeni Cənubi Uels Universitetinin alimləri araşdırma-sınaq təcrübəsi nəticəsində laboratoriya siçanlarında qocalma prosesinin qarşısını ala biliblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar təbii protein və molekulların sayəsində qocalmaya səbəb olan genləri aradan qaldırıb. Təcrübənin gedişatı zamanı gəmiricilərə "NMN" adlı xüsusi molekul yeridilib. Bir həftədən sonra müsbət nəticə əldə olunub.

İndi isə alimlər insanlar üzərində tədqiqat aparıblar. Artıq kliniki sınağın birinci mərhələsinə başlanılıb.

Qeyd edək ki, cavanlaşmaq üçün tədqiqat aparan qrupa professor Devid Sinkler rəhbərlik edir. "Time" jurnalı bir neçə il bundan əvvəl professor Sinkleri genetika sahəsində göstərdiyi xidmətlərinə görə planetin ən nüfuzlu insanı adlandırıb. Alim hesab edir ki, son tapıntı da antibiotiklərin kəşfi kimi əhəmiyyətli hesab olunacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm