Bilgi.az
50 il ayaqyalın gəzən kişi – FOTOLAR
İngilis Pit Makkenzi düz 50 ildir ki, ayaqyalındır və ölənədək də ayağına ayaqqabı geyinməyəcəyinə əmindir.
69 yaşlı britaniyalı yarım əsr bundan qabaq ayaqqabılarını çölə atdıqdan sonra belə bir qərara gəlib.
O vaxtdan etibarən Makkenzi, bir dəfə də olsun sözündən çıxmayıb. O hətta əlamətdar günlərdə belə ayaqqabıdan istifadə etmir. Bu azmış kimi, kişi öz toyuna da ayaqyalın gəlib.
Pit qəribə qərarına görə Birminhemin pivəxanalarında məşhur olub və o daha çox "Ayaq Pit" kimi tanınır. O deyib: "Mən ayaqqabını sevmirəm. 16 yaşım olanda hirsimdən ayaqqabımı corabqarışıq çaya tullamışdım. Hətta toy günü də mən ayaqyalın idim. Mənim həyat yoldaşım indiyədək məni 1-2 dəfə ayaqqabıda görüb. Lakin qızım və nəvələrim məni ayaqqabıda heç görməyib".
Qeyd edək ki, Pitin ayaqqabısız gəzməsi onun ailə həyatına xələl gətirmir. O, düz 44 ildir ki, xoşbəxt ailə həyatı sürür. Pit tamamilə ayaqqabıdan imtina edəndə hələ 20 yaşı vardı. Anasının təkidinə baxmayaraq, o, bir daha ayaqqabı geyinməyib. Pitin sözlərinə görə, 60-cı illərdə ayaqqabısız gəzmək daha rahat idi. Çünki həmin dövrdə bir çox insanlar ayaqyalın gəzərdi.
Kişi ayaqyalın yeriməyə o qədər öyrəşib ki, hətta qarda yeriyərkən belə soyuğu hiss etmir. Pitin dediyinə görə, mənfi temperaturda da onun ayaqları isti qalır. Çirk və palçıq da Pit üçün heç bir problem yaratmır.
O deyib: "İnsanlar elə fikirləşir ki, ayağımın altı çox kirlidir. İş ondadır ki, mən hər gün ayaqlarımı yuyuram".
Nura
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...