Bilgi.az
ABŞ-da həbsdə olan terrorçu Türk şirkətinin reklamına “çəkildi”
Türkiyədə tüklərin tökülməsi üçün məhsul satışı ilə məşğul olan bir şirkət reklamda ABŞ-dakı göydələnlərin partladılması layihəsinin müəllifi Əl-Qaidə liderlərindən biri Xalid Şeyx Məhəmmədin şəkilindən sitifadə edib.
Publika.az-ın məlumatına görə, həmin foto Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda tutulandan sonra çəkilib. 11 sentyabr hücumunun təşkilində ittiham olunan terrorbaşı fotoda ağ köynək geyinib, sinəsində və kürəyində isə tüklər görünür.
Şirkətdən verilən açıqlamaya görə, "Tüklər özləri tökülməyəcək" şüarı üçün istifadə olunan foto təsadüfən, internetdə papulyar olduğu üçün seçilib.
"Bu, qəsdən edilməyib. Kişi terrorçu fəaliyyətinə görə deyil, bol tüklərinə görə seçilib. Biz bilmirdik ki, o terrorçudur", şirkətin təmsilçisi Mehmet Can Yıldız Hurriyet Daily News-a deyib.
Xalid Şeyx Məhəmməd hazırda ABŞ-da yerləşən Guantanamo həbs düşərgəsində saxlanılır. 11 sentyabr hücumu üzrə hesabatda o, 2001-ci ildə baş verən hadisənin "əsas arxitektoru" adlandırılır.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB