Saçlarınız tökülürsə...
Bizi izləyin

Bilgi.az

Saçlarınız tökülürsə...

Gözəl və qalın saçlar qadınların fəxridir. Saç tökülməyə başlayanda bu nəinki qadınları hətta, kişiləri də narahat etməyə başlayır. Əlbəttə kişilərlə müqayisədə saçın tökülməsi qadını daha çox narahat edə bilər. Qadın saç tökülmənin qarşısını almaq üçün bahalı şampun alıb effektini görmədikdə rəfiqəsinə şikayət etməyə başlayır.

Bu problemi kompleks şəkildə çözmək lazımdır, əks halda heç bir xeyri olmayacaq. İlk növbədə qidaya fikir vermək lazımdır, vitamin və mikroelementlər qəbul etmək lazımdır. Bundan sonra saçlara qulluq etməyə başlamaq olar. Ən yaxşısı xalq təbabətindən istifadə etməkdir.

Ayıpəncəsi yağından 10-15 qram götürüb maye şəkildə olan A, B, C və E vitaminlər qrupuna əlavə edin. Alınmış qarışığı azca sobada qızdırın (yağlar qrupunun saçdan tez getməsi üçün). Yağı saç diblərinə çəkdikdən sonra başınıza əvvəlcə sellofan keçirdin, sonra isə dəsmal ilə bağlayın (baş isti qalmalıdır). Saat yarımdan sonra saçlarınızı yuyun.

Prosedura həftədə 2 dəfə təkrar edin. Nəticə 1 aydan sonra görünəcək, saçlarınız daha möhkəm və parıltılı olacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm