Tələbələrdən tükürpədici hərəkət
Bizi izləyin

Bilgi.az

Tələbələrdən tükürpədici hərəkət

Rusiyanın Rostov əyalətində yaşayan tələbələr basdırılmış meyiti qəbirdən qazıb çıxarıblar.

Onların belə hərəkət etməsinə səbəb isə təzəlikcə dəfn olunmuş meyitin kəllə sümüyündən külqabı düzəltmək istəyi olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ilin yanvarında basdırılmış qadının meyitini qazıb çıxartmaq üçün 17 yaşlı qız 19 yaşlı rəfiqəsini və 18 yaşlı dostunu dilə tutub.

Gənclər qəbirdən meyiti çıxardaraq onun başını və barmaqlarını bədənindən ayırıblar. Tələbələr hüquq mühafizə orqanlarına verdikləri ifadəsində bildirib ki, onlar meyitin kəlləsindən külqabı hazırlamaq istəyiblər.

Qeyd olunur ki, gənclər imkanlı ailənin üzvləridir. Hüquq mühafizə orqanları baş vermiş hadisə ilə bağlı araşdırmanı davam etdirir. 84 yaşlı təqaüdçünün qalıqları ekspertizaya göndərilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm