Evində ayaqyolu olmayan məmurlar işdən çıxarılacaq
Bizi izləyin

Bilgi.az

Evində ayaqyolu olmayan məmurlar işdən çıxarılacaq

Hindistanın Qudjarat ştatının parlamenti qeyri-adi qanun layihəsini ilk oxunuşdan qəbul edib.

Publika.az "NDTV" telekanalına istinadən xəbər verir ki, bundan sonra nazirlər və büdcə təşkilatının işçiləri evlərində ayaqyolunun olub-olmaması barədə yerli hakimiyyət orqanlarına məlumat verməlidirlər.

Evində ayaqyolu olmayan məmurlar vəzifələri ilə vidalaşacaqlar.

Hər hansı seçkilərdə iştirak edən namizədlər də evlərində ayaqyolunun olması barədə sənəd təqdim etməsələr, seçkiyə buraxılmayacaqlar.

Qeyd edək ki. Hindistanda gigiyena normalarına əməl edilməsi üçün hazırkı səhiyyə naziri Narendra Modi aktiv təbliğat aparır. O , 2001-2014-cü ilər aralığında Qudjarat ştatının baş naziri postunu tutub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1,1 milyard insan ömrü boyu ayaqyoludan istifadə etməyib. Hindistanda isə vəziyyət lap pisdir. Belə ki, əhalinin tam yarısı təbii ehtiyaclarını elə küçədə ödəyir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm