Ərini hər gün yoxlayan qısqanc arvad – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ərini hər gün yoxlayan qısqanc arvad – FOTOLAR

Britaniyalı qadın hər gün sevgilisinin sadiqliyini yalan detektorunda yoxladıqdan sonra ona ərə gedib.

Lakin o, hələ də şübhələr içində yaşadığını iddia edir.

Böyük Britaniya sakini 43 yaşlı Debbi Vud sevgilisi 31 yaşlı Stiv Vudun ona xəyanət etməsindən qorxduğu üçün gün ərzində onun telefonunu, elektron poçtunu və bank hesablarını yoxlayıb. Lakin indi qorxusuna üstün gələn qadın, nəhayət, Stivə ərə gedib. Xoşbəxt cütlük Hellouin günü toy edib.

Debbi Vud isə hələ keçən ildən bəri kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. O, insanda inanılmaz qısqanclıq hissi yaradan Otello adlı nadir xəstəliyə düçar olub.

Debbi ərinə televizorda və jurnallarda qadın fotolarına baxmağı da qadağan edib. Qadın deyib: "Məncə, o, çox yaraşıqlıdır, lakin problem ondadır ki, ona inana bilmirəm. İstəmirəm ki, insanlar onu yaraşıqlı hesab etsin".

Cütlük 2011-ci ildə ortaq dostlarının sayəsində tanış olub. Debbi 10 il ABŞ-da yaşayıb, birinci evliliyi boşanma ilə bitdikdən sonra o, Böyük Britaniyaya qayıtmalı olub. Qadın bundan sonra depressiyaya düşərək bir daha heç kimlə münasibət qurmayacağına söz verib. Mütəxəssislərin sözlərinə görə, qadının keçirdiyi emosional travma onda xəstəliyin yaranmasına səbəb olub.

Debbi vətəninə qayıdaraq Stivlə sosial şəbəkələrin birində yazışdıqdan bir həftə sonra görüşüb. Bir neçə gündən sonra isə onlar birgə yaşamağa başlayıb. Bundan sonra Debbinin qısqanclıq sindromları baş qaldırmağa başlayıb. Sevgilisinin evində yaşayan qadın onun hər addımını izləyir. Onun noutbuk və mobil telefonda quraşdırdığı filtrin sayəsində Stiv qadın şəkillərinə baxa bilmir. Lakin bütün bunlar qısqanc qadına az görünür və o, ərini yoxlamaq üçün yalan detektorundan da istifadə edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm