Ən qəribə müalicə üsulları
Bizi izləyin

Bilgi.az

Ən qəribə müalicə üsulları

Keçmiş zamanlarda XXI əsrin insanları üçün gülünc sayıla biləcək bir sıra müalicə üsulları olub.

Onlardan bəziləri gülməli, bəziləri isə amansız olub. Qeyd edək ki, əcdadlarımızın bir çox məqamlarda səhv etməsi adi hal olub. Məsələn, misirlilərin fikrincə, beyin qanı soyudurmuş, ürək isə intellekt və ağıla cavabdeh imiş.

Publika.az əcdadlarımızın qəribə müalicə üsullarını təqdim edir.

Civə proseduru

Əfsanəyə görə, Çinin ilk imperatoru Sin Şi Xuandi maye halında olan civə çayının ətrafında dəfn olunub. İmperator civənin köməyi ilə ölümsüzlük qazanmaq istəyib, lakin elə civə üzündən də 40 yaşına çatmamış vəfat edib.

Civədən antiseptik məqsədlərlə və çiban əleyhinə istifadə olunub. Bundan əlavə, ondan kosmetik vasitə kimi də istifadə olunub. Sifilisin müalicəsində də kimyəvi element köməyə gəlib. Civə prosedurunun bircə əks-təsiri var: tədricən ölüm.

Tütün tüstüsü ilə imalə

XVII-XVIII əsrlərdə tütün imaləsi innovasiya hesab olunurdu. Həkimlər tütün tüstüsünü cansız bədəni fəaliyyətə gətirən və nəfəsi bərpa edən üsul hesab edirdi. Əvvəlcə, bu üsuldan suda boğulanlarla bağlı istifadə olunurdu. Sonradan isə müalicə üsulunun əhatə dairəsi genişlənərək baş ağrısı, yırtıq, soyuqdəymə, qarın yatalağı və vəbadan əziyyət çəkənlər üçün tətbiq olundu. 1811-ci ildə nikotinin ürəyə əks-təsiri aşkar edildikdən sonra müalicə üsulu qadağan olundu.

Fırlanan stullar

Fırlanan stullar XIX əsrdə psixi xəstələr üçün müalicə üsulu idi. Fırlanan stul icad olunana qədər psixi xəstələri zəncirləyər, qaranlıq otaqda, buzlu su altda saxlayardılar. Lakin bütün bunların effekti olmurdu. Nəhayət, xəstələri fırlanan stula oturdub huşu gedənə qədər fırladardılar. Hesab edirdilər ki, stul beyini yerindən tərpədə bilər və xəstə şizofreniya kimi ağır xəstəliklərdən azad olunar.

Radioaktiv su

1900-cü illərin əvvəlində radioaktiv su ilə psixi xəstəliklər müalicə olunardı. Sudan qocalma əleyhinə, malyariya və diarreya zamanı istifadə edilirdi. Radium elementini təkcə suya yox, onu həmçinin də, diş pastası, konfet, kontraseptiv maddələr də əlavə edərdilər. Bədəndən radiumun 80 faizi ifraz olunsa da, onun 20 faizi sümük, qan və hüceyrələrdə qalırdı.

Morfi və tiryək

O zamanlar morfi apteklərdə satışda olardı. Ondan soyuqdəymə, yuxusuzluq və aybaşı ağrıları əleyhinə istifadə olunardı. Tiryək maddəli siroplar isə 1900-cu illərdə uşaqlara diş ağrısından xilas olmaq üçün verilərdi. Həmin illərdə apteklərdən reseptsiz morfi, tiryək, kokain, heroin almaq olardı.

Kəllə sümüyün trepanasiyası (sümüyü deşmə əməliyyatı)

Xəstənin kəllə sümüyünün deşilməsi qədimdə müalicə üsulu olub. Qədim cərrahi əməliyyat olan trepanasiyadan Qədim Yunanıstan və Qədim Romada istifadə olunub. Bu tibbi müalicə mistik və ayini xarakter daşıyıb. İnsanlar hesab edirdi ki, bu müalicə yolu ilə insan bədənində olan pis ruhlar azad olunur. Trepanasiyadan miqren və epilepsiya kimi xəstələri müalicə edərdilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm