Çinin ən varlı adamı: “Xoşbəxt deyiləm”
Bizi izləyin

Bilgi.az

Çinin ən varlı adamı: “Xoşbəxt deyiləm”

Çinli biznesmen və "Alibaba" Şirkətlər qrupunun qurucusu Cek Ma xoşbəxt olmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, "CNBC" televiziya kanalına verdiyi müsahibəsində "bu ay özümü xoşbəxt hiss eləmirəm. Üzərimdə böyük basqı hiss edirəm. Özüm-özümü xoşbəxt eləməyə çalışıram. Çünki mən xoşbəxt olmayanda iş yoldaşlarım, şəriklərim və hətta müştərilərimin də xoşbəxt olmadığını bilirəm" deyib.

Cek Ma ölkənin ən varlı adamı olmaq hissinin də pis hiss olduğunu vurğulayıb: "İnsanlar razılaşmırlar, "varlı olmaq əladır" deyirlər. Əlbəttə əladır. Lakin Çində yaşayırsansa, əla deyil".

Biznesmen onu da qeyd edib ki, pullarını insanlara paylayaraq "bu acıdan qurtulmaq" üçün fürsət axtarır.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm