Merilinin sevgi məktubları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Merilinin sevgi məktubları – FOTOLAR

Əfsanəvi aktrisa Merilin Monronun məktubları Los-Ancelesdə "Julien’s Auctions" hərracında satışa buraxılacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hərrac dekabrın 5-6-da keçiriləcək. "Merilin Monronun itmiş arxivi" kolleksiyasının tərkibinə 300-dən artıq əşya daxildir. Onların arasında Merilin büstqalteri, paltarları, paltosu da yer alıb.

Onların arasında aktrisanın sevgililəri Klark Qeybl, Keri Qrant, ərləri Artur Miller və Co Dimacioya ilə yazışmaları da yer alıb.

Dimacio aktrisaya belə yazıb: "Mən səni sevirəm və səninlə olmaq istəyirəm, mənə sənin etibarını qazanmaqdan savayı daha heç nə lazım deyil".

1962-ci ildə Dimacionun aktrisanın ölümündən sonra onun məzarı üzərində oturub ağlayan yerdə şəkilini də çəkiblər. O, düz 20 il müddətində həftədə bir neçə dəfə məzarın üstünə gələrək oraya gül qoyurmuş.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm