Makedoniyalı İsgəndərin məşuqunun məqbərəsi tapıldı
Bizi izləyin

Bilgi.az

Makedoniyalı İsgəndərin məşuqunun məqbərəsi tapıldı

Yunanıstanın qədim şəhəri olan Amfipolisada məqbərə aşkarlanıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yunanıstanın Mədəniyyət və İdman Nazirliyi məqbərənin Makedoniyalı İsgəndərin məşuqu Qefestionaya məxsus olduğunu ehtimal edir.

Cəsədin qalıqları dezoksiribonuklein turşusunun analizi üçün laboratoriyaya aparılacaq. Məqbərənin eramızdan əvvəl dördüncü əsrə aid olduğu bildirilir. Həmin vaxt Amfipolis Makedoniya çarlığının böyük mərkəzi idi. Qəbir Makedoniyada ən böyük hesab edilir. Məqbərənin tikintisi üçün xeyli mərmərdən istifadə olunub.

Qefestion Makedoniyalı İsgəndərin ən yaxın dostu və sərkərdəsi idi. Fərziyyəyə görə, o, çarın məşuqu olub. Hesab edilir ki, Qefestion Orta Asiyada xəstələnərək ölüb. İsgəndər dostunu xilas etməyi bacarmayan həkimi edamı barədə əmr verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm