Dünyada ən hündür attraksion qurulub
Bizi izləyin

Bilgi.az

Dünyada ən hündür attraksion qurulub

Dünyada ən yüksək yelləncəklər Rusiyanın Krasnodar vilayətində qurulub.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu yelləncəklər Soçinin "Skypark AJ Hackett" parkında qurulub.

"SochiSwing" adını alana attraksionun istifadəçiləri 170 metr hündürlükdən uça biləcəklər. Bu isə indiyə kimi dünyada ən yüksək hesab edilən Nevis çayının Yeni Zelandiya kanyonundakı analoji yelləncəklərdən 50 metr daha hündürdür. "SochiSwing" yelləncəkləri avqust ayında quraşdırılıb. Parkın ziyarətçiləri onlardan noyabrın 20-dən istifadə edə biləcəklər. Attraksiondan eyni zamanda iki insan istifadə edə bilər.

"Skypark AJ Hackett" parkı bu ilin iyununda işə başladı. Park dünyanın müxtəlif ölkələrində əyləncə komplekslərinə malik olan "AJ Hackett" şirkətinin tərkibinə daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm