Çin hökumətindən seks, narkotika, qətl qadağası
Bizi izləyin

Bilgi.az

Çin hökumətindən seks, narkotika, qətl qadağası

Çin hökuməti mətbuatda seks səhnələri, qətl, narkomaniya və xəyanətin göstərilməsinə qadağa qoyub. Publika.az BBC –yə istinadən xəbər verir ki, efirdə, xüsusən də saytlara qeyri-etik səhnələrin göstərilməsi yasaq olunub.

Çin əhalisi internet vasitəsilə xarici, xüsusən də ABŞ və Cənubi Koreya istehsalı olan teleşoulara baxır. Son qərara görə, Çin mətbuatı ailələrdə xəyanəti təbliğ edən, açıq-saçıq fiziki yaxınlığın nümayişi olan səhnələri silməlidir.

Bundan əlavə, qətl səhnələri, intihar, insan oğurluğu, narkotiklərdən istifadə, azart oyunlar, paranormal hadisələr televiziya ekranları, radio, çap mətbuatı və elektron mediadan yığışdırılacaq.

Artıq Çin sosial şəbəkələrində əhali baxmağa heç nəyin qalmadığı ilə bağlı şikayətlərə başlayıb. Onlar daha çox azarkeşlik etdikləri məşhur Koreya seriallarına görə narahatlıq keçirirlər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm