Anasından ayrı salınan ayı balası yeməkdən imtina edib - VİDEO
Bizi izləyin

Bilgi.az

Anasından ayrı salınan ayı balası yeməkdən imtina edib - VİDEO

Rusiyanın Novosibirsk vilayətinin zooparkında 11 aylıq Şilka adlı ağ ayını anası Herdadan həmişəlik ayırıblar. Ayrılığı isə həm ayı balası, həm də anası pis keçirir. Hər iki ağ ayı yeməkdən imtina edir və zoopark ərazisində bir-birini tapmaq üçün var-gəl edirlər.

Şilka onun üçün ayrılmış volyerdə (heyvanları saxlamaq üçün qəfəslənmiş meydança – red.) saatlarla yatır. Eləcə də, anası ətrafda baş verənlərə saatlara reaksiya vermir. Sibirlilər zoopark rəhbərliyindən ana-balanı yenidən bir yerə salmağı xahiş etsələr də, mütəxəssislərin sözlərinə görə, bu, mümkün olmayacaq. İş ondadır ki, Şilka artıq müstəqil həyata öyrəşməlidir, çünki o, tezliklə Yaponiya və ya Braziliya zooparkına göndəriləcək.

Qeyd edək ki, ağ ayı balası keçən ilin dekabrında Novosibirsk zooparkında doğulub. Onun adı isə səsvermə nəticəsində qoyulub. "Şilka" zoopark rəhbəri Rostislav Şiloyanin şərəfinə adlandırılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm