Tək işçisi olan restoranda inanılmaz qiymətlər - VİDEO
Bizi izləyin

Bilgi.az

Tək işçisi olan restoranda inanılmaz qiymətlər - VİDEO

Eyni vaxtda 4 vəzifəni yerinə yetirən ingilis qaz vurub qazan doldurur

Əkinçi-aşpaz Deymon Barellə tanış olun. Ona görə “əkinçi” ki, sahib olduğu restoranın bütün təchizatını – göbələkdən tutmuş, soğana, ədviyyata kimi hamısını 5 hektara yaxın torpaq sahəsində özü yetişdirir.


Yalnız dəniz məhsullarını sifariş vermək məcburiyyətindədir. Üstəlik, yaşadığı əyalətdə məşhur olan restoranın yeganə personalı elə özüdür. Özü yetişdirir, özü bişirir, özü idarə edir və özü müştəriyə xidmət edir.


Deymonun dediyinə görə, bəzən hər hansı yemək üçün xüsusi gülü və ya zeytunu yetişdirməyə 1-2 ilə yaxın vaxt lazım gəlir. Barel bir neçə qonaqla başlayan restoran biznesində müştərilərin sayının göbələk kimi artdığını deyir. Bir neçə həftə ərzində 55-dən çox ölkədən 10 minlərlə sifariş gəldiyini bildirib. Bir nəfərlik restoranında şərabsız əsas yemək porsiyasının qiyməti isə düz 255 dollardır. Nəzərə çatdıraq ki, bu hələ başlanğıc qiymətdir./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm