Putinin mexaniki fiquru 35 min avroya satıldı – FOTO (VİDEO)
Bizi izləyin

Bilgi.az

Putinin mexaniki fiquru 35 min avroya satıldı – FOTO (VİDEO)

Rusiya prezidenti Vladimir Putinin mexaniki fiquru Kölndə "Blecker" hərracında 35 min avroya satılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə hərracın saytında bildirilir.

Lotun ilk qiyməti 18 min avro təşkil edirdi. Mexaniki fiqurun alıcının adı açıqlanmayıb. 51 santimetr hündürlüyü olan fiqur məşhur İsveçrə ustası Kristian Beyi tərəfindən yaradılıd. Putin masanın arxasında oturur Krım Muxtar Respublikasının Rusiya Federasiyasına birləşmə haqqında müqaviləni imzalayır. Mexaniki Putinin fırlanan başı və şüşə gözləri var, klassik qara kostyuma geyinib. Müqaviləni isə qaz lələyi ilə imzalayır.

Rusiya prezidentinin mexaniki fiquru hərraca çıxarılacağı oktyabr ayında açıqlanmışdı. "The Independent" nəşri "Moscow Times" istinadən yazırdı ki, fiqur üçün bir neçə milyon dollar ödəyə bilərlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm