Fransa prezidentinin eks-həyat yoldaşından inanılmaz etiraflar: “O, bizim sevgimizi daxildən çürüdürdü”
Bizi izləyin

Bilgi.az

Fransa prezidentinin eks-həyat yoldaşından inanılmaz etiraflar: “O, bizim sevgimizi daxildən çürüdürdü”

O, Fransanın birinci xanımı olub. Fransua Olland yaraşıqlı, gənc aktrisa ilə Valeri Trierveylərə xəyanət edənədək - 2010-cu ilədək o, birinci xanım idi. Noyabrın 25-də Valerinin "Sevgi, Hakimiyyət və Xəyanət hekayəsi" adlı kitabı nəşr olunacaq. Valeri kitabında Fransuanın etdiyi xəyanətdən və onun sevgisini geri qaytarmaq cəhdlərindən danışır.

Publika.az kitabdan bir hissəni təqdim edir.

"2014-cü ilin may ayı idi. Telefonum vibrasiya verməyə başladı. Fransanın prezidenti Fransua Olland növbəti ismarıcını göndərmişdi.

Mən onun heç bir ismarıcına məhəl qoymurdum, lakin onları bir-bir oxuduqdan sonra birinə cavab yazmağa qərar verdim. O, dərhal cavab yazdı. Telefonum onun ismarıclarının hücumuna məruz qalmışdı. Bu isə məni artıq bezdirirdi. Sonda onlara cavab yazmağı dayandırdım. Lakin növbəti günə qədər...

Bir həftədən sonra Fransua onunla nahar etmək üçün mənə ismarıc yazdı. Hiss olunurdu ki, mənim üçün darıxıb və yenidən birlikdə olmağımıza can atır.

O, mənim hər bir hərəkətimi izləyirdi. Mən ya Nyu-York, ya da Mərakeşdə olurdum və hər dəfə qaldığım otel nömrəsində məni gül dəstəsi və sevgi etirafları olan məktublar gözləyirdi...

Onun səmimiyyətinə inana bilərdimmi? Mən onun həyatda arzuladığı yeganə qadın idim? Həqiqətənmi o, dəyişib?

Fransuanın mənə fransız aktrisası Julye Qaye ilə olan uzunmüddətli münasibəti barədə etirafından 4 ay keçirdi. Bu 4 ayda bizim Yeliseydə yerləşən şəxsi mənzilimizdə hər gün yuxu dərmanı atardım. Sonda xəstəxanaya yerləşdirildim.

Xəstəxanadan çıxdım. Fransua soyuq və qətiyyətli idi. O, boşanma haqda sənədə imza atmaq istəmirdi. Ancaq mənim qəlbim qırılmışdı.

İndi nə etməli? Günbəgün mənim ona olan sevgim sönürdü. Lakin özümü bərpa etməyə çalışırdım. Küçədə məni görən insanlar yaxşı olduğumu zənn edirdilər. Ancaq yenə də hər gün yuxu dərmanı atmasam, yata bilməzdim.

Mən mütəxəssislərin köməyi ilə müalicə alırdım, lakin özümü əvvəlki kimi pis hiss edirdim. Axı Fransanın birinci xanımına - mənə xəyanət olunmuşdu. Fransuaya olan hiddətim artırdı. O, axı necə hər şeyi bir anda məhv edə bilərdi?..

O, Fransanın ən az sevilən prezidentidir. 2017-ci ildə prezidentliyini irəli sürəcəyi halda yalnız 3 faiz insan ona səs verəcəyini bildirib.

Fransua hər şey itirdiyini bilir və buna görə, üstəlik, məni də itirmək istəmirdi. Dediyinə görə, mən onun həyatıyam, mənsiz heç nədir və mənim sevgimi yenidən qazanmaq istəyir. Yəqin, düşünür ki, məni geri qaytarmaqla Fransa xalqının da sevgisini qazana biləcək, mən ona seçkiyə görə lazımam...

Təəssüf ki, bir dəfə sevdiyim insan mənim bütün etibarımı qırdı. Mənə xəyanət etdiyi Qayeni kənara qoysaq belə, görmək olar ki, Fransua prezident seçildikdən sonra çox dəyişib.

Günbəgün onun insanlığını itirdiyini və hakimiyyət hərisi olduğuna şahid oldum. Həqiqət onda idi ki, hakimiyyət hərisliyi zəhər kimidir: o, bizim sevgimizi daxildən çürüdürdü.

O, 2012-ci il prezident seçkilərində qalib oldu. Keçmiş prezident Nikola Sarkozi ona zəng etdi. Fransuaya bir dəqiqəsini ayırıb, mənimlə şəkil çəkdirməyini xahiş etdim. O, isə mənimlə saymazyana davranıb, zəngə cavab verdi. Mən pərt olmuşdum. Onunla xoşbəxtliyimi paylaşmaq istəyirdim, lakin...

Həmin günü hamam otağına gedib qapını bağladım. Səhərə kimi soyuq kaşının üzərində qıvrılıb uzandım...

Artıq hər şeyin əvvəlki kimi olmayacağını anlayırdım. Parisdə nitq söyləyən zaman o, səhnəyə qalxaraq 4 uşağının anası və keçmiş arvadı Seqolin Royala yaxınlaşıb qadını öpdü. Kameralar dərhal mənə tuşlanıb üzümü çəkdi və böyük ekranlarda göstərdi. Sonra Fransuaya yaxınlaşıb onu öpmək istədim. Bəli, onun dodaqlarından öpdüm, ancaq bu, heç nəyi dəyişmirdi. O, məni Seqolini öpdüyü kimi öpmədi...

O məni hər zaman uzaqda saxlamağa çalışırdı. Sözün düzünü desək, gözəl göründüyüm vaxtlarda Fransua ictimaiyyət qarşısında əllərimdən tutaraq mənə xoş sözlər deyərdi. Onun dəyişkənliyinə dözmək çətin idi. Bir şeydən xoşu gəlməzdi: hündür daban ayaqqabı geyinməyimdən. Ondan hündür görünməyim Fransuanın xoşuna gəlməzdi...

İnkar etmək olmaz ki, hakimiyyətə gəldiyi ilk həftələrdə onun mənə olan hissləri sürətlə azalırdı. Nahardan sonra mənim gözəlliyimə kompliment söylədikdən sonra dedi:

- Gözəl görünmək sənin vaxtını çox alır?

- Bəli, bir qədər - , deyərək cavab verdim.

-Yaxşı olardı ki, çox çalışmayasan.

Mən ölkənin Birinci Xanımı idim və Fransuanın mənimlə zarafat etdiyini düşündüm. Lakin o, mənə soyuq baxışlarla baxır və gülümsəmirdi. O, zarafat etmirdi. Halbuki, onun yanında qəşəng olan vardısa, o da mən idim...

Günlərin birində isə Fransua çığırdı: "Get əynini dəyiş!". Çünki o, mənim çox seksual olduğumu düşünürdü. Həvəssizcəsinə gedib çılpaq çiyinlərimi bağladım. Onun hər bir hərəkəti, sanki, mənim özümdən əminliyimi sındırmaq üçün nəzərdə tutulmuşdu.

Bir gün tədbirlərin birində mən Nikola Sarkozinin keçmiş arvadı Sesilia ilə qarşılaşdım. O, Bill Klinton və Fransuanın qarşısındaca mənə belə dedi: "Sənsiz Olland heç zaman prezident seçilə bilməzdi".

Fransua karıxdı. O cavab verdi: "Fikirləriniz sizi xoşbəxt edirsə, elə öz fikrinizdəcə qalın..."...

Bizim sevgimiz, görəsən, onun üçün bir əhəmiyyət daşıyırımı? Onun mənə jurnalın üz qabığında yerləşdirilmiş şəkilimə görə üstümə çığırmağı yadımdadır: "Sən bütün üz qabğını tutmusan!"...

Onun prezident seçilməsindən 6 ay sonra "Le Monde" qəzetində mənim haqda məqalə çıxdı. Fransua onu oxuduqdan sonra çox bərk əsəbiləşdi.

Mən göz yaşlarına qərq oldum. Onun nəyə hirsləndiyini sonralar anladım. Fransua elə hesab edirdi ki, "Le Monde" onun şəxsi qəzetidir və yalnız onun haqda yaza bilər. Mənim daim bir addım geridə qalmağımı istəyirdi. Onu yalnız özü maraqlandırırdı...

Nelson Mandelanın dəfn mərasiminə getmək istədiyimi bildirəndə o dedi: "Sənin orada olmağına heç bir ehtiyac görmürəm".

Mən ona təyyarə biletinin pulunu özüm ödəyəcəyimi və ora jurnalist kimi yollanmaq istədiyimi dedim. Dəfn mərasiminə təşrif buyuran diplomatların arvadları ilə gəldiyini sonradan öyrəndim. Cənubi Afrikaya getməyimə icazə verdi. Onun avtomobilində məndən başqa Sarkozi də vardı. Onlar deyib-gülürdülər, mən isə kənarda durub baxırdım. Onların söhbətinə müdaxilə etdiyim üçün Fransua məni bir daha heç bir yerə aparmayacağına and içdi.

Evə qayıtdıqdan sonra onun reytinqi getdikcə aşağı düşürdü və Fransua bütün bunlarda məni günahlandırırdı. Hər şeyə görə məni günahkar bilirdi, hətta süfrəyə gətirilən quru çörəyə görə də...

Onu siyasətdən başqa heç nə maraqlandırmırdı. O, ədəbiyyatla maraqlanmaz və bizim teatr və musiqi zövqümüz qətiyyən üst-üstə düşməzdi...

İndi isə o mənə gün ərzində 70 dəfə ismarıc yazır və ictimaiyyət qarşısına çıxıb məndən üzr istəyəcəyini deyir. Mən ona inanmıram. Artıq onun heç bir sözünə inanmıram. "Closer" jurnalında aktrisa Qaye ilə hələ də məxfi görüşməsindən yazırlar. Bundan sonra ona necə inana bilərəm?..

O, mənə ismarıc yazaraq Qaye ilə olan hekayənin tamamilə yalan olduğuna and içir. Bu dəfə mənə yalan söyləmədiyini bildirir. Onun yalan və doğru dediklərini ayırd edə bilmirəm...

Mənim ziyarət etdiyim psixoloq bir dəfə deyib : "Güclü (hakimiyyətdə olan) kişi bütün sərhədləri aşır"....

2014-cü ilin yay ayı. Mətbuatda Ollandla Qayenin münasibətlərini rəsmiləşdirəcəyi haqda xəbərlər yayılır. O, mənə ismarıc yazaraq o qızla münasibətlərə son qoyduğuna and içir. Bu sözləri mən əvvəllər də eşidirdim. Vəfasız kişi bəni-Adəm dövründən hər zaman eyni sözləri işlədərdi.

O, ictimaiyyət qarşısında Qaye ilə münasibətləri inkar edəcəyini mənə artıq 3-cü dəfə idi ki, deyirdi. Lakin bu dəfə də sözünə əməl etmədi.

Bu gün o mənə nə az nə çox düz 29 ismarıc yazıb. Hamısında eyni sözü fərqli şəkildə deyib: məni geri qaytaracağını. Mənim isə cavabım dəyişməzdir: o mənim qəlbimi qırıb, məni alçaldıb və məni geri qaytara bilməyəcək...

Bu adam mənim nəşr etdirdiyim kitabları oxumayıb. İndi isə oxumağa cəhd etməyə başlayıb. Fransua heç mənim az öncə təqdim etdiyim televiziya proqramının adını da bilmirdi!..

Bir neçə həftə bundan qabaq Fransua ona ərə gəlməyimi istəyib. Lakin artıq gecdir. Heç nə Fransuanı dəyişib əvvəlki insana çevirə bilməz. Vaxt keçdikcə içimdəki ağrılar daha da artır...

Etiraf edirəm ki, bəzən onun üçün, sevgimiz üçün, qayğısız ehtirasımız üçün darıxıram. Onda elə rahat nəfəs alardıq ki...

Yalanlar, xəyanətlər, qəddarlıqlar çox olub. Nəyə görə risk edərək bir daha bu münasibətə baş qoşum? İrəli getmək zamanıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm