Ruhu yaşından böyük Beren Saat... - DOSYE - MARAQLI
Bizi izləyin

Bilgi.az

Ruhu yaşından böyük Beren Saat... - DOSYE - MARAQLI

Doğum tarixi - 26 fevral, 1984

Doğulduğu yer - Ankara
Boyu -1.64
İfa etdiyi rollar - “Hatırla sevgili” (Yasemin), “Aşk-ı Memnu” (Bihter), “Aşka sürgün” (Zilan), “Fatmagülün Suçu Ne” (Fatmagül)
Aldığı mükafatlar - “Altın Lale Güzel”(2007-2008), “Altın Kelebek” (2008) “Ən yaxşı qadın ifaçı” (2009)
Hobbiləri –rəqs etmək, rəsm çəkmək, tennis oynamaq, kinoya getmək

Sevdiyi seriallar - “Asmalı Konak, “Bir İstanbul Masalı”, “Lise defteri”, “Sex and The City”, “Tatlı Hayat”
Göz rəngi - Yaşıl
Ən çox sevdiyi rəng - Bənövşəyi
Adının mənası - Pambıq kimi ağ və yumşaq
İtinin adı - Bitter

Sevdiyi artistlər - Mel Gibson, Culiya Roberts, Filiz Akın, Emre Altuğ, Haluk Bilginer, Haldun Dormen, Fatma Girik.


Beren Saat Ankara Kollecinin məzunudur. “Başkənt Universiteti”ndə İdarəetmə ixtisası üzrə təhsil alıb. “Türkiyənin Ulduzları” adlı yarışmada iştirak edərək tanınıb. Yarışma proqramının təşkilatçıları arasında Tomris Giritlioğlu da var idi. Valideynlərinin ikisi də idmançıdır. Təbii ki, idmançı ailəsində böyümək Berenin həyat tərzinə öz təsirini göstərməli idi. O, mütəmadi olaraq idmanla məşğul olurdu. Bir müddət balet, tanqo ilə də maraqlanıb.

“Aşka Sürgün” serialı Saata uğur gətirdi. İlk baş rolunu "Aşka Sürgün"də Mahsun Kırmızıgüllə oynayan aktrisa, sonradan “Hatırla sevgili”də Cansel Elçin və Okan Yalabıkla eyni ssenarini paylaşmalı oldu. “Aşkı Memnu”da Kıvanc Tatlıtuğla eyni filmdə rol alan aktrisa yaratdığı Bihter obrazı ilə çoxlarının qınağına tuş gəldi.

“Hamı deyirdi ki, Bihter rolunun öhdəsindən gələ bilməyəcəyəm”

Beren Saat müsahibələrində dəfələrlə etiraf edib ki, ifa etdiyi istənilən rolu yaşayıb oynayır. Yəqin ki, elə bu səbəbdən də aktrisanın yaratdığı qəhrəmanlar həmişə diqqəti cəlb edir. Beren Saat öz Bihter rolu barədə bunları etiraf edir: “Hissiyyatıma güvənib rol ifa etmək həmişə mənə uğur gətirib. Bihter rolunu oynamamışdan qabaq hər kəs deyirdi ki, nəticə uğursuz olacaq. Amma bu gün Bihter Bereni unutdurub”.

Aktrisa ifa etdiyi rola görə qınağa tuş gəldiyindən xəbərdardır: “Hətta bir dəfə yük maşınının sürücüsü yolda məni saxlayıb dedi ki: “Aşkı Memnu”nun bir neçə bölümünə baxdıqdan sonra evdə o seriala baxmağa qadağa qoymuşam. Əslində, Bihter kişilərin qorxduğu qadın obrazıdır”.

Beren Saat gündəlik həyatda Bihter qədər açıq dekolte geyinmədiyini deyir: “Hündürdaban ayaqqabılarda gəzməkdə çətinlik çəkirdim. Əslində, Bihter mənim xarakterimin tam əksidir. Bütün bunlara baxmayaraq, bu rolu ifa etməkdən böyük zövq aldım. Bihterin təcrübələri Beren Saatı da böyütdü”.

İlk sevgisi daşa dəydi...

Beren Saatın ilk sevgisi Efe adlı bir oğlan olub. Üç il eşq macərası yaşayıblar. Beren o illəri belə xatırlayır: “Onunla həm dost, həm də sevgili idik. Məni yarışmaya qatılmağa da o məcbur etdi. 20 yaşımı da o yarışmada qeyd etdim. Onunla gözəl bir sevgi həyatı yaşadım. Bu bərabərliyimizdən ailəmizin də xəbəri var idi. Mən qatıldığım yarışmada ikinci oldum. Bunu qeyd etmək üçün axşam yeməyə getdik. O, məni evə qədər ötürdü. İki saat sonra onu morqda gördüm. Maşını bir dostu idarə edirdi. Avtomobil qəzasında həlak oldu. Bu itki məni silkələdi. Ancaq ölümlə barışmağı öyrəndim. Depressiyaya düşməmək üçün 4 ay sonra yeni sevgi macərasına razılıq verdim. Buna görə dostlarım mənə nifrət etdilər. Hamı məni günahlandırırdı. Amma həyat davam edirdi, başqa yol seçə bilməzdim. Onun ölüsünü görəndə, yaxınlaşıb öpdüm və fikirləşdim ki, o, artıq yoxdur, mən isə həyatıma davam etməliyəm”.

Bugünlərdə yayımlanan “Fatmagülün Suçu nə?” serialında baş obrazı canlandıran Beren Saat ifa etdiyi obrazla yenə də gündəmdədir.

Beren iki sevgilini ayırdı

“Hatırla sevgili”nin çəkilişləri zamanı serialın rejissoru Tomris Giritlioğlu Bereni “İhlamurlar Altında” serialında rol alan və o dönəmdə tərəf müqabili Tuba Büyüküstün ilə eşq yaşayan Bülənt İnalla tanış etdi. Bundan sonra Bülənt könlünü Berene açdı. Daha sonra yolları ayrılan və adları başqaları ilə çəkilən cütlükdən Beren "Nefes" filminin rejissoru Levent Semerci ilə birlikdə olmağa başladı, ancaq yayılan son xəbərlərə görə, Beren Saat bu dəfə də axtardığı sevgini tapmadı.

Onun gözəllik sirri

Xanım sənətçi özünü heç də gözəl hesab etmir. Fikirləşir ki, çəkiliş meydançasında makiyajdan və bir sıra kosmetik vasitələrdən istifadə etdiyi üçün cazibəli görünür: ”Kamera qarşısında gözəl görünürəm, çünki makiyajdayam. Digər vaxtlarda adi qadınam. Bu vaxta qədər yaşadığım münasibətlərdə sevən tərəf mən olmuşam. Etiraf edim ki, mənə üz verməyən bir çox insan oldu. Məni sevən kəs işimi də sevməlidir. Qəbul etməzsə, "gülə-gülə".

Xüsusi bir gözəllik sirrim yoxdur. Kosmetikadan çox istifadə etməyi sevmirəm”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm