ŞOK: Siçanlar kəndə hücum çəkdi
Bizi izləyin

Bilgi.az

ŞOK: Siçanlar kəndə hücum çəkdi

Çinin cənub Guangdong bölgəsində yerli sakinlər siçanların hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, yerli sakinlər əraziyə 1000-dən çox gəmiricinin buraxıldığını bildiriblər. Nəticədə 100-dək yerli sakin siçan basqını ilə üz-üzə qalıb.

"Ətrafda 1000-dən çox siçan qaynaşır, ətürpədici vəziyyətdir", - sakinlərdən biri "Guangdong Daily" vebsaytına bildirib.

Səhiyyə rəsmiləri mümkün xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əraziyə gəmiricilər üçün nəzərdə tutulmuş zəhərli dərman preparatları göndəriblər.

Siçanları bölgəyə buraxmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. 3 nəfər isə aradan çıxıb.

Hong Kong's Apple Daily nəşrinin yazdığına görə, saxlanılanlardan biri polisə siçanların kəndə buraxmasının "günahyuma əhdi" olduğunu bildirib. Bu hərəkətlə onlar xəstə olan yaşlı qohumlarının sağalacağına ümid edirlərmiş.

Qeyd edək ki, heyvanların təbiətə buraxılması Çində bəzi hallarda xeyriyyəçilik aksiyası kimi başa düşülür. Lakin bu ənənə populyarlaşdıqca ətraf mühitə vurulan ziyanın miqyası da artır. Çünki yerli təbiətə xas olmayan canlıların əraziyə buraxılması, qeyd olunduğu kimi, mövcud ekoloji sistemin balansını pozur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm