Beynəlxalq təşkilatdan “bakirəlik testi” tələbi
Bizi izləyin

Bilgi.az

Beynəlxalq təşkilatdan “bakirəlik testi” tələbi

Hüquq müdafiəçiləri İndoneziyada polis olmaq istəyən qadınların bakirəlik testindən yoxlanılması barədə qərarın ləğvini qurtarmağı tələb edirlər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Human Rights Watch" hüquq müdafiə təşkilatının məruzəsində deyilir.

İndoneziyada polis olmaq istəyən qadınların bakirəlik testindən keçməsi bütün ölkə üzrə məcburidir. Ərli qadınlar polisə qəbul edilmirlər. "Human Rights Watch" təşkilatının fikrincə, bu qadınlar üçün alçaldıcıdır və onları diskriminasiya məruz qoyur.

Eyni zamanda hüquq müdafiəçiləri tərəfindən yazılmış videoda 24 yaşlı qız danışıb. "Mən qorxurdum ki, testdən sonra artıq bakirə olmayacağam", - o, deyib.

Belə bir təcrübə İndoneziyadan başqa Misir, Hindistan və Əfqanıstanda da tətbiq edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm