Qeyri-adi toy: meymunları evləndirdilər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qeyri-adi toy: meymunları evləndirdilər – FOTOLAR

Hindistanın Bettiax şəhəri yaxınlığında yerləşən kənddə yerli sakinlər tərəfindən qeyri-adi bir toy məclisi keçirilib.

İş ondadır ki, evləndirilən meymun cütlüyü olub.

Belə ki, Ramu və Ramdulari adlı meymunların sahibi olan Udeş Maxto sevimli ev heyvanları üçün toy təşkil edib.

Toy edilən meymunlar bütün kənd boyu gəzdirilib. Qeyd edək ki, Hindistanda bu tipli hadisələr qəribə hesab olunmur. Çünki meymun hindu dinində meymunabənzər tanrı hesab olunan Xanumanı simvolizə edir.

"Bəy" və "gəlin"ə toy libasları geyindirilib. Sonradan isə onlar toy kortecinə yerləşdirilib və bu şou yoldan keçənlərə nümayiş olunub.

Meymunların sahibi Maxto deyib: "Mən Ramunu sevirəm, o, mənim üçün sanki ögey oğuldur. Onu Nepalda almışam, sonra isə yarmarkada ona arvad almaq qərarına gəldim. Və beləliklə də, Ramdulari peyda oldu. Onların bir-birini sevdiyini hiss edəndən sonra istədim ər-arvad olsunlar".

Primatların sahibinin verdiyi məlumata görə, o, nişan üzüyü, limuzin və toy təşkilatçılığına xərclədiyi pullara görə peşman deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm