Oğlanın etirafı qızı şoka saldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Oğlanın etirafı qızı şoka saldı – FOTOLAR

İki insan arasında sevgi hissləri yarandıqdan sonra hər an tərəf müqabilllərindən biri digərinə sürpriz edə bilər.

Lakin bəzən bu sürprizlər o qədər gözlənilməz olur ki, münasibətlərə əks-təsir edir. 20 yaşlı Şarlotta Uri sevgilisinin etirafına çox təəccüblənib.

Şarlotta belə bir əzələli, bər-bədənli, saqqallı sevgilisinin nə vaxtsa qız bədənində doğulmasını təsəvvürünə belə gətirməyib.

23 yaşlı Kiran Moloni öz həqiqi kimliyini sirr kimi saxlayıb. O, Şarlottaya rast gələnə qədər, əslində, qız kimi doğulduğunu heç kimə deməyib. Oğlan qıza etiraf edəndə onlar artıq iki il idi ki, görüşürmüşlər. Onlar ailə həyatı qurub, Kiranın ən yaxın dostunun sperması ilə uşaq dünyaya gətirmək haqda da düşünüblər.

Şarlotta heç onun nə vaxtsa qız olmasından şübhələnməyib də, lakin bu etirafdan sonra belə qızın oğlana qarşı hissləri dəyişməyib. Şarlottanın sözlərinə görə, onun üçün oğlanın necə doğulması önəm daşımır. O deyib: "Mən çox təəccübləndim. Amma onu necə varsa, elə də sevirəm və onda kişilik görürəm".

Kiran deyib: "Şarlottanı ilk dəfə görən kimi onun gözəlliyinə heyran qaldım. Lakin onun həqiqətlərə necə reaksiya verəcəyi məni çox narahat edirdi. Ona sirrimi açmazdan əvvəl inanmalı idim. Əvvəlki rəfiqələrimə keçmişdə qız olmağım haqda deyəndə məndən uzaqlaşmağa başlayırdılar. Lakin Şarlotta hər şeyi olduğu kimi qəbul etdi".

Kiran cinsini büsbütün dəyişməyib, lakin oğlanın fiziki qüsurları Şarlottanı narahat etmir. Onların sözlərinə görə, cütlüyün seksual həyatında problem yoxdur. Kiran artıq 7 ildir ki, oğlan kimi yaşayır. O, 20 yaşında mastekomiya (döşün kəsilməsi) əməliyyatı keçirib və bundan sonra özünü yeni bədəndə rahat hiss etməyə başlayıb.

Oğlanın sözlərinə görə, o, 4 yaşından etibarən bədənindən narazı olub. Onun heç zaman qız geyimləri və oyuncaqlarına marağı olmayıb. Məktəb illərində isə Kiran gülüş obyektinə çevrilib. O deyib: "Uşaqlar mənim nəyə görə başqa cür olduğumu anlamırdı. Mənim dostlarım yox idi və 5 dəfə məktəb dəyişməli olmuşam".

Yeniyetməlik vaxtı o, qadın olduğunu gizlətməyə çalışıb. 16 yaşında isə hormonal həblər qəbul etməyə başlayır. Bundan sonra onun səsi dəyişib, özü də kişi görkəmi almağa başlayıb.

Kiranın anası isə ona dəstək çıxıb və oğlu kimi qəbul edib. Tədricən Kiranın bədəni kişiləşməyə başlayıb. Bundan sonra o, idmanla məşğul olaraq tam kişi bədən formasına yiyələnib. Kiran 2012-ci ildə adını oğlan adı ilə əvəzləyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm