Dünyanın ən məşhur şorgöz kişiləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən məşhur şorgöz kişiləri – FOTOLAR

Əslində, onlar qadınları deyil, yalnız özlərini sevirlər. Bütün münasibətləri də əvvəlcədən hesablayırlar - təki özlərinə sərf eləsin.

Bu tip kişiləri iki qismə bölmək olar: "kolleksionerlər" və "ovçular". Birinciləri yalnız kəmiyyət, ikinciləri isə keyfiyyət maraqlandırır.

"Kolleksioner" istənilən qadının, qızın arxasınca düşə bilər – onun üçün fərq etməz, təki siyahı artsın. O, kənardakıların gözündə ucalmaq istəyir, qarşı tərəfin onu həqiqətən sevib-sevmədiyinin də belə kişi üçün heç bir əhəmiyyəti yoxdur, təki özünü qəhrəman zənn etsin.

"Ovçu" üçün isə qadının fəth edilmə prosesinin özü maraqlıdır. O, əlçatmaz və cazibədar qadınlarla maraqlanır. Amma ən pis məqam orasındadır ki, bakirə qızı və ya ərinə sadiq əxlaqlı qadını yoldan çıxarmaq üçün uzun müddət dəridən-qabıqdan çıxan belə kişi məqsədinə nail olan kimi qeybə çəkilir. Ona aşiq olan qadın "ovçu" üçün maraqlı deyil. Çünki o sevgi yox, özünütəsdiq axtarır.

Arvadbazlar arasında incəsənət adamlarının çox olduğunu düşünürlər, amma heç də elə deyil. Onlara hər yerdə rast gəlmək olar.

Fidel Kastronun nahar və şam yeməyinə qadın "desert"i

Kuba liderinin həyatı boyu guya 35 min qadınla cinsi əlaqədə olduğu söylənilir. Kastro adminstrasiyasından olan bir yüksəkçinli məmurun sözlərinə görə, o, son qırx ildə gündə, ən azı, iki qadınla münasibətdə olurmuş. Belə ki, qadınların biri nahar, digəri şam yeməyi zamanı çağırılırdı. Lider bəzən "səhər yeməyi üçün" də qadın sifariş edirdi. Hər halda, Kastronun 35 min qadınla yatması barədə fakt dəqiq olmasa belə, onun minlərlə qadınla yataq münasibətində olduğu bəllidir. Təsadüfi deyil ki, jurnalsitlərdən birinin "nə qədər övladınız var" sualına Fidel belə cavab vermişdi: "Az qala, bir tayfa olar".

Maraqlıdır ki, qadınlar özləri də onun yatağına düşmək üçün sino gedirlərmiş. KİV-in yazdığına görə, Kastro ABŞ-a erkən səfərlərindən sonra Havanaya zəfərlə daxil olanda pərəstişkarlarının həyəcandan ürəkləri gedirmiş. Kastro seksə özünün ayrılmaz hüququ kimi yanaşırdı və o heç cür başa düşə bilmirdi ki, Klintonla Levinskinin münasibətlərində siyasi qalmaqala gətirib çıxaracaq nə vardı.

NBA superulduzunun 20 min qadını olub

NBA superulduzu Uilt Çemberlen 1991-ci ildə nəşr olunan "Yuxarıdan görünən mənzərə" adlı kitabında həyatı boyu 20 min qadınla görüşdüyünü bəyan edib. Yeniyetməliyində utancaq və özünəinamsız olan Uolt sonradan "fəaliyyətsizliyinin" əvəzini artıqlaması ilə çıxıb.

Bəs 20 000 rəqəmi haradan meydana çıxıb? Dostu Rod Roddeviq 1980-ci illərin sonlarında on gün onun evində qalır. Bu on gündə Rod dostunun hər bir "qənimətini" qeydə alır. "Təftiş" nəticəsində ortaya çıxan rəqəm 23 olur - yəni, günə orta hesabla 2.3 qadın. Bu rəqəm ikiyə bölünür, sonra Uiltin yaşına ( 15 ili - yeniyetməlik dövrünü çıxmaqla) vurulur.

Amma ölümündən əvvəl - 1999-cu ildə 62 yaşlı Uilt bu oyunbazlığından və kitab çıxarkən orada iddia etdiyi 22 min rəqəminin sirrini açmamasından peşman olduğunu dilə gətirir, kişilərdən xahiş edir ki, onun "qəhrəmanlığını" təkrarlamasınlar və iddia edir ki, son nəticədə ömrünün uzun bir hissəsini bir qadınla keçirmək daha böyük həzz verir.

Əlli yeddi uşaq atası olan Cey Houkins

2000-ci ildə, ölümündən bir az əvvəl "Çığıran adam" adlı eksentrik blüzün ifaçısı Cey Houkins öz dostlarına və bioqrafına 57 uşaq atası olduğunu deyib. Öz qeyri-adi səhnə hərəkətləri və "Mən sizi heyran etdim" hiti ilə məşhur olan Houkins dramatizmlə zəngin olan əfsanəvi Don Juan həyatı sürüb. Bir dəfə necə olursa, Houkinsin xəyanətlərindən xəbər tutan rəfiqələrindən biri onun kürəyinə bıçaq saplayır.

Yetmiş yaşınadək yaşamış və ömrünün sonunadək səhnədən əl çəkməmiş ifaçı deyirdi ki, ən çox oğlanlarının sayını dəqiq bilmədiyindən peşmandır. Houkins öldükdən sonra bioqrafı onun uşaqlarını axtarıb tapmaq və onları bir araya toplamaq üçün sayt açır. Hazırda ifaçının rəsmən 33 övladının olduğu məlumdur.

Pornoulduz Con Holmsun 14 min qadını

1970-80-ci illərdə 2250-dən çox porno və kinofilmdə rol alan ulduz Con Holms günə 3 min dollar qazanırdı. O, yəqin ki, bütün dövrlərin ən məhsuldar pornoaktyorudur. Amma narkotiklərə alidəçilik onu məhv edirdi. Öz korlanmış imicini bərpa etmək üçün Holms "Xastler" jurnalına fəxrlə bildirmişdi ki, həyatı boyu 14 min qadınla sekslə məşğul olub. Onlardan bəziləri pornoaktyorla birgə filmə çəkiliblər. Pornoqrafiya tarixçisi Lük Ford iddia edir ki, bu rəqəm 3 mini keçmir - yəni, həftəyə 2,7 yeni qadın.

1986-cı ildə Holms 43 yaşında QİÇS-dən dünyasını dəyişir.

Yatdığı qadınların şəklini toplayan Simmons

"Kiss" qrupunun bass-giyaraçası Cin Simmons ömrü boyu 5 min qadınla cinsi münasibətdə olub və onda bu faktları sübut edən fotoşəkillər də olub. 2010-cu ildə səhər şoularından birinə müsahibə verən Simmons bildirib ki, "Kiss"lə qastrollarda olduğu 37 il ərzində onun "yatağındakı çarpayını bəzəyən" bütün qadınların foroşəkillərini saxlayıb. Şəkillər "Polaroid" fotoaparatı ilə çəkilib.

Heç kəs bilmir ki, o, sözün düzünü deyib, ya yox, amma bir şey dəqiq bəllidir: o, məhz rok-n-roll həyat tərzi keçirib. Simmons və onun tərəf müqabili Şennon Tvid 28 illik birgə həyatdan sonra nikaha daxil olmağı qərara alıblar. Bu, 2011-ci ildə baş verib.

Uorren Bitti Hollivudun çılğın aktrisalarını seçirdi

2010-cu ildə Piter Biskind iddia edirdi ki, aktyor Uorren Bitti 13 min qadınla yatıb. O, "Ulduz: Uorren Bitti Amerikanı necə başdan çıxardı" adlı kitabında bu barədə yazıb.

Bittinin PR-komandası dərhal bir sıra "qələbələri" təkzib edib, bildirilib ki, Bitti barədə bioqrafik kitab üçün informasiya onun icazəsi olmadan toplanıb. Bütün bunlar indiyədək hüquqi mübahisələrin predmetidir, amma bir məqam şübhəsizdir ki, Bitti Hollivudun ən arzuolunan qadınları, o cümlədən Natali Vud, Bricit Bardo, Ceyn Fonda, Coan Kollinz, Karli Saymon də yaxın münasibətlərdə olub.

O, 1992-ci ildə aktrisa Annet Beninqlə ailə qurub.

Gözəl qadınların masaüstü kitabının müəllifi – Kazanova

Kazanovanın siyahısındakı qadınların sayı yuxarıda sadalanan "rəqiblərindən" xeyli az olsa da, bu gün "qadınları yoldan çıxarma sənətini" daha çox onun adı ilə xatırlayırlar.

Kazanova 1725-ci ildə Venesiya aktyorlarının ailəsində dünyaya gəlib. O, keşiş olmaq istəyib və seminariyaya qəbul olunub, amma bir tələbə qızla "iş başında" yaxalandığı üçün oradan qovulub.

Kazanova bir çox peşələrə sahib olub: o, katib, əsgər, vaiz, əlkimyagər, peşəkar oyunçu, skripkaçı və hətta casus olub. Dahi arvadbaz yaxşı at sürürdü, uğurlu və ağıllı adam idi, amma 1755-ci ilə o, cadugərlikdə ittiham olunaraq, beş il həbs cəzası aldı. Bir il sonra o, həbsxanadan qaçdı və Parisdə yaşamağa başladı. Burada o, öz şücaətləri haqqında pamflet yazdı və bu, əsl qalmaqala çevrildi.

Kazanova çoxlu səyahət edir, qumardan qazandığı pulların və cazibəsinin hesabına yaşayırdı. Amma bu, uzun zaman davam etmədi. Ömrünün sonunda o, əməllərindən peşman oldu. "Xatirələrim" adlı avtobioqrafik əsərində o, çoxsaylı seksual "şücaətlərindən" bəhs etdi və bununla da, özünün İtaliyanın ən böyük arvadbazı adını təsdiqlədi.

Çingizxan: hər 200 adamdan biri özünü onun nəslindən hesab edə bilər

Monqol fatehi Çingizxan o qədər "məhsuldar" idi ki, planetimizdəki 16 mln. nəfər kişidən çoxu və bir xeyli də qadın birbaşa onun nəslindəndir. 2003-cü ildə genetiklərin araşdırması açıqlanıb. Bu araşdırmaya əsasən, keçmiş Monqol İmperiyası bölgəsində yaşayan kişilərin 8 faizi atadan oğula keçən identik Y-xromosomları daşıyır.

Araşdırmaçılar bunu Çingizxanın fəaliyyəti ilə bağlayırlar. Onun imperiyası Xəzər dənizindən Sakit okeanadək uzanırdı. O, rəqiblərini öldürür və onların qadınlarının hamısını özünə arvad edirdi.

Ağılsız, təhlükəli, əxlaqsız şair – Bayron

Maraqlıdır, Bayron bunun üçün haradan vaxt tapırdı? Qısa ömrü ərzində (1788—1824) o, minlərlə şeir yazdı, Avropanı və Yaxın Şərqi qarış-qarış gəzdi, dostlarıyla ünsiyyət saxladı, tez-tez boks döyüşlərində iştirak etdi, qılıncoynatma ilə məşğul oldu. Onun çoxlu ev heyvanı – meymunları, tutuquşuları, itləri, keçiləri, vağları vardı. Kembricdə oxuyarkən isə, o, ayı da saxlayırdı. Bundan başqa, şair həm də içki düşkünü idi və depressiyalardan, paranoyadan və ümumi fiziki zəiflikdən əziyyət çəkirdi.

Bununla belə, bu barədə dəqiq məlumat olmasa da, onun ildə 250 qadınla yatdığı bildirilir. Bu qadınlar arasında zadəgan qızları, aktrisalarla yanaşı, qulluqçular da vardı. Üstəgəl, o, daim fahişələrlə gün keçirirdi. Bayronun öz ögey bacısı ilə cinsi münasibətdə olduğu da məlumdur.

Seksual əfsanə adından narahat olan Cek Nikolson

Aktyor Cek Nikolson daha çox ona "Oskar" qazandıran "Qu quşunun yuvası üzərindən uçuş" və "Nəvazişli sözlər" filmlərindən tanınır. Amma bu, onun sevgi cəbhəsində qazandığı uğurların yanında boş şeydir.

Şayiələrə görə, Nikolson 2 min qadınla yatıb. O, Ancelika Hyuston, Cenis Dikinson, Mişel Fillips, Lara Flinn Bol, Coni Mitçel, Meril Striplə yaxın münasibətlərdə olub.

Amma 77 yaşı tamam olanda o, özünü bir qədər yığışdırıb: "Kimsə desə ki, Cek, sən arvadbazsan, bunu inkar etmirəm. Amma əxlaqsızlığın axırı həmişə pis qurtarır. Buna görə də məni seks-əfsanə adlandıranda özümü birtəhər hiss edirəm. Sadəcə, artıq mənim gücüm qalmayıb və mən işlə "nadincliyi" bir araya sığışdıra bilmirəm".

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm