Maykl Cekson kimi rəqs edən tutuquşu –VİDEO
Bizi izləyin

Bilgi.az

Maykl Cekson kimi rəqs edən tutuquşu –VİDEO

"Snowbal"ləqəbli tutuquşu elm aləmini bərk təəccübləndirib.

Hazırda quşun 13 yaşı var. İlk dəfə sahibəsi musiqi ritmləri altında rəqs edən tutuquşunun video-klipini 2007-ci sosial şəbəkələrdə paylaşmışdı.

Görüntülərdə tutuquşu musiqi sədaları altında başını aşağı-yuxarı qaldırır, ritmə uyğun olaraq ayaqlarını tərpədir.

Publika.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, video populyarlıq qazandıqdan sonra onunla elm adamları da maraqlanıb. Elmlər doktoru Anirudx Patel və onun San-Dieqo Elmlər Akademiyasından olan həmkarları tutuquşunu öyrəniblər. Onlara əvvəlcə elə gəlib ki, "Snowball" sadəcə əvvəlcədən öyrəndiyi hərəkətləri təkrarlayır. Odur ki, tutuquşu üçün müxtəlif musiqilər səslənib.

Alimlər bundan sonra qənaətə gəliblər ki, tutuquşu həqiqətən musiqiyə qulaq asır. Çünki müxtəlif musiqilərin ritmini tutaraq rəqs edib. Musiqi ritmini tutmaq heyvanlar aləmi üçün çox qeyri-adi sayılır.

İndiyədək hesab edilirdi ki, ritmi duymaq yalnız insanlara aid xüsusiyyətdi. Hətta insanabənzər meymunlar da bundan məhrumdur. "Snowball" isə sübut etdi ki, tutuquşular da insan kimi ritmi tuta bilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm