50 saat fasiləsiz canlı yayım
Bizi izləyin

Bilgi.az

50 saat fasiləsiz canlı yayım

Fələstində radio aparıcısı Tələt Ələvi ən uzun canlı yayım edərək Ginnesin rekordlar kitabına düşmək üçün namizəd olub.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aparıcı 50 saat canlı yayımda olub.

Raya FM-də bazar ertəsi saat 12:00-da başlayan veriliş çərşənbə günü 14:00-a qədər fasiləsiz davam edib. Verilişdə Fələstinin dövlət başçısı Mahmud Abbas, baş nazir Rami-əl Həmdullah olmaqla 300 nəfər iştirak edib.

Veriliş 30 müxtəlif radioda canlı yayımlanıb. Ginnesin rekordlar kitabının London və Dubay ofislərinin nümayəndələri də verilişi izləyib.

Verilişdə Gəzza və İordan çayının qərb sahilindəki insanların işsizlik problemi və tikintilər, İsrailin boykot edilməsi kimi müxtəlif mövzular müzakirə edilib. Verilişdə köməyə ehtiyacı olanlara və xəstələrə də köməklik edilib.

Verilişin Ginnesin rekordlar kitabına düşəcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Livanlı aparıcı Rima Nəcim 46 saat canlı yayımda olmuşdu. T.Ələvi açıqlamasında bu uğurunun Fələstinin uğuru olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm