Tehran görüşü, İran səfirliyi və sığınacaq: Stalin Ruzveltin həyatını necə xilas etdi? - TARİX
Bizi izləyin

Bilgi.az

Tehran görüşü, İran səfirliyi və sığınacaq: Stalin Ruzveltin həyatını necə xilas etdi? - TARİX

Bu gün İkinci Dünya müharibəsinin ən məşhur görüşü olan Tehran konfransının işə başlamasının 71-ci ildönümüdür.

Publika.az xəbər verir ki, 1943-cü ilin 28 noyabrında antihitler koalisiyası ölkələri liderlərinin – SSRİ rəhbəri İosif Stalinin, ABŞ prezidenti Franklin Ruzveltin və Britaniyanın baş naziri Uinston Çörçillin iştirakı ilə İranın paytaxtında işə başlayan konfransda Almaniyaya qarşı ikinci cəbhənin tezliklə açılması, faşist Almaniyasına qarşı birgə əməliyyat planı müzakirə olunub.

Konfransın elə ilk günü zamanı müttəfiqlər arasında kəskin mübahisələr yaranıb. Çörçill bolşevizmin Avropada yayılmasının qarşısını almaq üçün ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan açılmasını təklif edib. Lakin Stalin ikinci cəbhənin Avropanın şimalından açılmasını tələb edib. Avropada müharibənin tezliklə başa çatmasını və SSRİ qoşunlarının Yaponiyaya qarşı yönəldilməsini istəyən ABŞ prezidenti Ruzvelt ölkəsinin maraqlarını əsas tutaraq bu məsələdə Stalinin müdafiəsinə qalxıb. Bu səbəbdən də Çörçillin təklifi qəbul olunmayıb. Tehran konfransında ikinci cəbhənin 1944-cü ilin mayında "Overvold" adı altında Fransanın şimalında açmaq barədə razılıq və qərar qəbul edilib.

Bu beynəlxalq tədbirlə bağlı üzə çıxan son maraqlı məqam Ruzveltin, Çörçillin və Stalinin həyatı ilə bağlı təhlükəli ssenarinin aşkarlanmasıdır. Belə ki, alman kəşfiyyatı prezidentlərin görüş yerini müəyyənləşdirərək, ölkə başçılarına sui-qəsd planı hazırlayıb. Lakin Britaniya və SSRİ əks-kəşfiyyatı bu plandan xəbər tutub. SSRİ və Britaniyanın müvafiq strukturunun xüsusi təlim görmüş nümayəndələri Tehrana ezam olunaraq faşist əlaltılarının gəlişini gözləyiblər. Hətta Stalin ABŞ prezidentinə SSRİ-nin İrandakı səfirliyinin binasında qalmağı təklif edib. Bu binanın təhlükəsizliyi ən yüksək səviyyədə idi və xüsusi nəzarət altına alınıbmış.

Amma SSRİ rəhbərinin təklifini rədd edən Ruzvelt az sonra fikrini dəyişməli olur. ABŞ kəşfiyyat orqanlarının sui-qəsd planının hazırlanması barədə məlumatı Ruzveltin Stalinin təklifini qəbul etmək məcburiyyəti qarşısında qoyub. Bu baxımdan çoxları Stalinin həmin təkliflə Ruzvelti onu gözləyən böyük təhlükədən xilas etmiş olduğunu bildirirlər.

Antihitler koalisiyası ölkələrinin əks-kəşfiyyat orqanları alman kəşfiyyatçılarının və sui-qəsdçilərin Tehranda bir neçə günlük hərəkət və fəaliyyət trayektoriyasını izlədikdən sonra faşist nümayəndələri həbs edilib. Beləcə, almanların antihitler koalisiyası ölkələrinin liderlərinə qarşı sui-qəsd planı boşa çıxıb. Bu baxımdan məşhur fransız aktyoru Alen Delonun iştirakilə bir sıra səhnələri Bakıda çəkilmiş "Tehran-43" filmi tarixi faktları əks etdirir.

Tehran konfransı 1943-cü ilin 1 dekabrında başa çatıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm