Bilgi.az
Dünyanın ən uzun canlı yayımı: 52 saat efirdə - VİDEO
Fələstinli radio aparıcısı Talat Alevi radioda dünyanın ən uzun canlı yayımı olarak Ginessin Rekordlar Kitabına düşmək üçün 52 saat efirdə olub.
Publika.az xəbər verir ki, Ramallah şəhərindəki "Raye FM"də bazar ertəsi saat 12:00 da yayıma başlayan Alevi çərşənbə günü saat 14: 00-a qədər fasiləsiz davam edən proqramda, başda Fələstin dövlət başçısı Mahmud Abbas, baş nazir Rami əl-Hamdallah olmaq üzrə 300 qonaq qəbul edib.
Canlı yayım 30 radio tərəfindən efirə verilib. Eyni zamanda Ginessin Rekordlar Kitabının London və Dubay ofisləri tərəfindən dinlənilib. Qəzza və Qərbi Şəriyədəki inşaatlar, işsizlik, İsrailin boykotu kimi mövzuların gündəmə gətirildiyi proqramda, ehtiyacı olanlara və xəstələrə da yardımlar edilib.
Livanlı radio aparıcısı Rima Necimin 46 saatlıq rekordunu qıran Alevi məqsədinin beynəlxalq ictimaiyyətin diqqətini Fələstinə yönəltmək olduğunu deyib.
"Bu müvəffəqiyyət Fələstinin və Fələstin mətbuatının müvəffəqiyyətidir", - Alevi vurğulayıb.
Proqramın radioda dünyanın ən uzun canlı yayımı olaraq Ginnessin Rekordlar Kitabına dşməsinin açıqlanması gözlənilir.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ