Sakinlərin köhnə evlərini sökdürüb, onlara villa tikdirdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sakinlərin köhnə evlərini sökdürüb, onlara villa tikdirdi - FOTOLAR

Çinli milyoner doğulduğu kənddə bütün evləri yerlə yeksan edib.

İş ondadır ki, imkanlı şəxs kənd sakinlərinə məxsus evləri sökməklə yerində onlar üçün bahalı mənzillər və villa tikib. Bununla da, Syuan Şuyxua kənd sakinlərinə ona keçmişdə göstərmiş yaxşılığa görə minnətdarlığını bildirib.

Şuyxua kənddə yaşayan 72 ailənin köhnə evlərini lüks mənzillərlə əvəzləyib. Daha 18 ailəyə isə o, villa tikdirib. Cənubi Çində yerləşən Ksinyu kəndində milyoner həmçinin uşaq meydançası və yaşıllıq da saldırıb.

Çinli qazancının itirdiklərindən çox olduğunu deyib. Kəndin yenidən layihələşməsi üçün nə qədər pul xərclənməsi açıqlanmır. O deyib: "Mən hər zaman borclarımı geri qaytarıram və gəncliyimdə mənim ailəmə köməklik göstərən insanları unutmuram".

O doğulub boya-başa çatdığı kəndi tez-tez ziyarət edərək əhalinin təminatı ilə maraqlanır və ehtiyacı olan insanlara yardım edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm