Kütləvi toy: iki min insan birdən evləndi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kütləvi toy: iki min insan birdən evləndi – FOTOLAR

Təxminən 2 mindən çox braziliyalı cütlük eyni anda Rio-de-Janeyroda yerləşən idman zalında nikaha daxil olub.

Bu isə şəhərin tarixi boyu ən kütləvi toyu hesab edilir.

Yerli hakimiyyət toy etməyə imkanı olmayan kasıb cütlüklərə yardım məqsədilə hər il belə sponsorluq edirlər. İmkansızlıq ucbatından toy edə bilməyən cütlüklər artıq neçə ildir ki, bir yerdə yaşayırmışlar.

Gənclər və toya təşrif buyuran qonaqlar üçün xüsusi güzəştli nəqliyyat da ayrılıb.

Ümumilikdə, toy məclisində 12 min insan iştirak edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm