Yazılmamış "Facebook" qanunları - Maraqlı statuslar
Bizi izləyin

Bilgi.az

Yazılmamış "Facebook" qanunları - Maraqlı statuslar

Yazılmamış "Facebook" qanunları - Maraqlı statuslar

Facebook həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hamımızın bildiyi və tətbiq etdiyi bu qaydaları oxumağa hazırsınızmı?

1) “Qonşuda bişər, bizə də düşər” və “Evə gələn qab boş qaytarılmaz” cümlələrinin Facebookdakı qarşılığı: “Məni like et, mən də səni bəyənim və ya like et, like gör”;

2) Ad gününüzü qeyd edən Facebook istifadəçi sayının artması üçün doğum günü olan dostlarınıza soyuq, sadə və məcburi mesajlar atmaq;

3) Öz dostlarınızın şəkillərinin altında 57567453 şərh yazmalısınız ki, siz də şəkil paylaşanda 575756585 dənə boş və mənasız şərhiniz olsun;

4) Yemək şəkili paylaşılanda “Nuş olsun”, sevgili şəkillərinə isə “Allah xoşbəxt etsin” yazmaq mütləqdir. Guya “Nuş olsun” deyilməsə, o yemək boğazda qalır, xoşbəxtlik diləkləri dilənməzsə o cütlük də yaxın zamanda ayrılır;

5) Qrammatik qaydalara riayət edən Facebook istifadəçiləri həmişə gülüş mənbəyi olur;

6) Şərhlərdə danışdığınız söhbət uzananda son şərhi bəyənməyiniz “Bu söhbət çox uzandı, artıq bağlamalıyıq” deməkdir;

7) Paylaşılan hər hansı bir şeyi bəyənib siz də paylaşmaq istəyəndə bu şərhi yazmasanız əmin olun cin çarpacaq sizi:

“Canikom, oğurladım))”;

8) Sevgilinizdən ayrılanda lazım olan tək şey onu blok siyahısına salaraq bütün paylaşımlarınızdan məhrum etməkdi. Facebook cəzalandırma sistemi iş başında ;

9) Havalı bir Facebook istifadəçisi olmaq üçün hər kəsə açıq paylaşım etməmək prioritetdir. İnsanlar sizinlə maraqlanıb dostluq təklifi göndərsin, amma siz qəbul etməyin;

10) Keyfiyyətli bir Facebook istifadəçisi qətiyyən öz paylaşımlarını bəyənmir. Öz-özünü bəyənən insan eqoludur, eqosu onu “əzik” hala gətirir. Bəyənilməyə o qədər ehtiyacı var ki, hər kəsdən əvvəl özü bəyənir;

11) Sizi əsəbiləşdirən sevgiliniz və ya dostunuza Facebook üzərindən söz soxmaq Facebookun ən önəmli qaydasıdır;

12) Faciənin digər adı-qohum şərhləri...

“Oğlum, sən nə qədər böyümüsən”,

“Anana salam denən”,

“Atasının qızıdır e”,

“Getdikcə anana oxşayırsan”;

13) Facebookda qızlara yaxşı görünməyin birinci qaydası hədəfin bütün şəkillərinin istisnasız bəyənilməsidir. Paylaşımlar aslanın maralı gözlədiyi kimi gözlənilir və tam zamanında “like” düyməsi kliklənir;

14) Sevgiliniz varsa və ortaq Facebook hesabı açmamısınızsa, 100% əziksiniz. İnsanlar münasibətinizi ciddi qəbul etməz. Arxanızca “Hələ də ortaq hesab açmayıblar, bunlar ayrılacaq” deyilir;

15) Oyun istəkləri göndərərək həyatı dostlarınıza zindan etməlisiniz;

16) Kübar bir Facebook istifadəçisi olaraq dostunuzun paylaşımını paylaşmaq istəyirsinizsə, əvvəlcə o paylaşımı bəyənməlisiniz. Siz nəzakətli birisiniz. Lütfən bunu unutmayın! ;

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm