Ağciyər xərçənginə tutulanların sayı artacaq
Bizi izləyin

Bilgi.az

Ağciyər xərçənginə tutulanların sayı artacaq

Ağciyər xərçəngi bütün dünyada həm qadınlar, həm də kişilər arasında ən çox rast gəlinən xərçəng xəstəliyidir.

Publika.az-ın məlumatına görə,Türkiyənin Ağciyər və Plevra xərçəngi üzrə tədqiqatlar mərkəzinin alimləri bu iddianı irəli sürüb.

Alimlərin açıqlamasına görə, hər il dünyada bir milyon 400 min insan ağciyər xərçənginə tutulur. Normal ölkələrdə hər 100 min nəfərin 50-də ağciyər xərçəngi aşkarlanır. Bu o deməkdir ki, bir milyon insan yaşayan hər şəhərdə ildə ən azı 500 nəfər ağciyər xərçənginə tutulacaq.

"1920-30-cu illə müqayisədə 1980-ci illərdə ağciyər xərçəngi aşkarlanma sayı 20 dəfə artıb. Həmin dövrdə digər xərçəng xəstəliklərində bu qədər artım olmayıb. Əvvəlki illərdə ağciyər xərçəngi nadir rast gəlinən xəstəlik olsa da, insanların davranış pozuntuları nəticəsində sürətlə artmaqdadır".

Alimlərin sözlərinə görə, inkişaf etmiş ölkələrdə insanlar sağlamlıqlarına daha çox fikir versə də, həmin ölkələrin qadınları arasında siqaretə maraq artıb. Az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə həm kişilər, həm də qadınlar arasında siqaret istifadəçilərinin sayında artım müşahidə edilir. Nəticədə həmin ölkələrdə ağciyər xərçənginə yoluxanlarında sayı artır. Alimlərin gəldiyi nəticəyə görə, bu da gələcək illərdə ağciyər xərçəngi xəstələrinin sayını daha da artıracaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm