120 il yaşamaq mümkün olacaq
Bizi izləyin

Bilgi.az

120 il yaşamaq mümkün olacaq

Rusiyalı alimlərin kəşf etdikləri yeni dərman sayəsində insanlar 120 il yaşaya biləcək.

Publika.az-ın məlumatına görə, bu dərmanlar qocalma müddətini gecikdirəcək.

Moskva Dövlət Universitetindən Maksim Skulaçev və komandası yeni antioksidantdan istifadə edərək hazırladığı həb nəticəsində bu qənaətə gəliblər.

Alimlərin fikrincə, həmin antioksidantın əsas işi bədəni bioloji enerji ilə təmin etməkdir. Həmçinin qocalmaq, infarkt və alzaymer kimi xəstəliyə səbəb olan hüceyrələrə təsir edir.

Ömrü uzatdığı iddia edilən yeni maddə balıq, it və siçanlar üzərində təcrübə edilib. Bu maddə heyvanlarda qocalmaya səbəb olan bir çox hüceyrənin inkişafının qarşısını alır. Alimlər bildirib ki, digər araşdırmalar da müsbət nəticə verərsə, "qocalmaq gecikdiriləcək".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm