Bilgi.az
Xalq inancları: yalan, yoxsa həqiqət?
Milliyyətindən asılı olmayaraq insanlar mistik əlamət və işarələrə inanmağa meyillidirlər. XXI əsr olmasına baxmayaraq, "13" rəqəmi, qara pişik və boş vedrə ilə bağlı inanclardan ehtiyat edirik.
Hər birimiz, yəqin ki, valideynlərimizdən eşitmişik: "Axşam zibil atmazlar", "Axşam pul saymazlar", "Ayaqlarını çarpaz qoyma", "Duzu dağıtma" və sair. "Nəyə görə?" sualına isə cavab olaraq deyirlər: "Pis əlamətdir", "Olmaz".
Bu inanclar nəsildən-nəslə keçir. Publika.az bədən üzvləri ilə bağlı olan bir sıra inancları təqdim edir.
Sol göz qaşınarsa – sevincə;
Sağ göz qaşınarsa – göz yaşına;
Sol ovuc qaşınarsa – pul gələcəyinə;
Sağ ovuc qaşınarsa – yeni tanışlığa işarədir.
Sol ayaq qaşınarsa – kimsə səni sevir.
Sağ ayaq qaşınarsa – yeni dost tapacaqsan.
Sol döş qaşınarsa – sevdiyiniz şəxs sizin üçün darıxır, sağ döş qaşınarsa, deməli, başqası ilə gəzir.
Sol qaş qaşınarsa – onu görəcəksən.
Sağ qaş qaşınarsa – kimləsə tanış olacaqsan.
Sol qulaq qaşınarsa – kimsə səninlə bağlı dedi-qodu edir.
Sağ qulaq qaşınarsa – kimsə səni tərifləyir.
Qarın qaşınarsa – xoşbəxtliyə işarədir.
Ayağın altı qaşınarsa – sənə görə mübahisə edirlər.
Dodaq qaşınarsa – öpüşəcəksən.
Boyun qaşınarsa – yalanla rastlaşacaqsan.
Yanaqlar qaşınarsa – əbədi sevgiyə;
Barmaqlar arası qaşınarsa – incikliyə işarədir.
Çənə qaşınarsa – kimsə sizi qısqanır.
Burun qaşınarsa – içəcəksiniz.
Alın qaşınarsa – davaya işarədir.
Nura
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO