Lotereyada 72 milyon avro uddu
Bizi izləyin

Bilgi.az

Lotereyada 72 milyon avro uddu

Fransada keçirilən avromilyon lotereya oyununda adı açqılanmayan bir nəfər fransız 72 971 665 avro udub.

Publika.az-ın məlumatına görə, bu, 2014-cü ildə Fransada rekord uduş hesab olunur.

Lotereya oyununda ən böyük məbləği -190 milyon avronu 2012-ci ildə bir portuqaliyalı udub. Fransada isə ən böyük uduş 2012-ci ilin noyabrında qeydə alınıb. Həmin il xoşbəxt bilet öz sahibinə 169 milyon avro qazandırıb.

Xatırladaq ki, avromilyon lotereya oyunu Fransada, Böyük Britaniyada, İspaniyada, Belçikada, Lüksemburqda, İsveçrədə, Portuqaliyada, İrlandiyada və Avstriyada keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm