Nənələrinin bətnindən doğulan uşaqlar
Bizi izləyin

Bilgi.az

Nənələrinin bətnindən doğulan uşaqlar

İsveçdə uşaqlıqlarında anomaliyalar olan və hamilə qalan bilməyən qadınlar ilk dəfə tətbiq edilən üsulla ana ola bilib.

Publika.az-ın məlumatına görə, bu ilkə imza atan Henrik Hangberg 9 qadın üzərində təcrübə aparıb və onlardan 2-si bir ay əvvəl ana olub.

H.Hangberg hamilə qala bilməyən qadınlara analarının uşaqlıqlarını köçürüb. Nəticədə qadınlar hamilə qalıb. Hazırda ana və uşaqların vəziyyəti normaldır. Həkim doğulan uşaqlardan birinin şəklini paylaşaraq "bu nəticə ümidvericidir və ananın qızına verə biləcəyi ən dəyərli hədiyyədir" sözlərini işlədib.

Həkimlərin sözlərinə görə, tibb tarixində ilk dəfə həyata keçirilən bu prosesin minlərlə qadına ümid verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm