İpoteka borcuna görə bank qarət etdi -VİDEO
Bizi izləyin

Bilgi.az

İpoteka borcuna görə bank qarət etdi -VİDEO

Çin Xalq Respublikasında maraqlı cinayət hadisəsi baş verib.

Bir nəfər şəxs iki bank inkassatoruna hücum edərək pul dolu çantanı onların əllərindən alıb. Cinayət hadisəsi küçədə və ətrafda olan videokameraların yaddaşına həkk olunub. Sonradan həmin kadrlar YouTUBE sosial şəbəkəsində yayılıb.

Videodan görünür ki, inkassatorlar Pekindəki bankdan çıxarkən qırmızı dəbilqədə olan motosikletçi onların üzünə qaz balonu püskürdür. Qəfil hücumdan inkassatorlar özlərini itirirlər. Qarətçi bank çantasını onların əllərindən alıb qaçmağa cəhd edir. Lakin bu elə də asan olmur. Məsələ ondadır ki, çantanın içində həmin vaxt 300 min dollar olub. Çanta ağır olduğundan qarətçi onu sürüyə-sürüyə aparır. Motosikletinin yanına çatır, ancaq çanta ağır olduğu üçün onu qaldırıb nəqliyyat vasitəsinin yük yerinə qoya bilmir. Qarətçi çantanı növbəti dəfə qaldırmağa cəhd edənədək hadisə yerinə polis gəlib çıxır. Atəş açılır, cinayətkar ayağından yaralanır.

Polislər bəxtsiz qarətçini xəstəxanaya çatdırıblar.

İlkin dindirilmə zamanı o etiraf edib ki, ipoteka borcunu ödəyə bilmədiyinə görə bu cinayətə əl atmalı olub. Hər halda, yaxın illər ərzində qarətçiyə daha mənzil lazım olmayacaq. Həbsxanada qalmaq isə pulsuzdur. İpoteka borcu ödəməyə gərək qalmır.

Publika.az olayın videosunu təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm