Dünyanın ən kök adamı öldü
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kök adamı öldü

Böyük Britaniyada dünyanın ən kök adamı dünyasını dəyişib. Publika.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, 444 kq çəkisi olan 44 yaşlı Kit Martinin ölümünə səbəb pnevmaniya xəstəliyi olub.

Ginnesin Rekordlar kitabına düşən K. Martin mədəsinin ölçüsünü kiçiltmək üçün (dörddə üçü çıxarılıb) keçirdiyi əməliyyatdan 8 ay sonra vəfat edib. Bu əməliyyat Kitin arıqlamaq üçün əl atdığı çoxsaylı cəhdlərdən biri idi.

Martinin etirafına görə, o, yeniyetmə yaşında anasını itirəndən sonra birdən-birə kökəlməyə başlayıb. Bunda özünü günahkar bilən Kit müsahibələrindən birində "heç kim başıma pistolet dayayaraq, məni yeməyə məcbur etməyib, kökəlməyimdə günahkar özüməm" deyirdi.

Martinin nəinki işləməyə, hətta uzandığı yerindən çevrilməyə belə imkanı olmayıb. Onun ölçüləri böyük olduğundan öz ölçüsündə paltar tapmaq da Kit üçün çətinlik törədirdi. Heç vaxt evli olmayan Martinin heç münasibətdə olduğu qadın da yox idi.

Məlumata görə, Kitin hər gün kömək üçün 18 nəfərə ehtiyacı olurdu (tibb bacısı, xadimə, həkim və s.) Britaniyalı ekspertlərin araşdırmalarına görə, rekorsmenin mövcudluğu yerli vergi ödəyicilərinə il ərzində 50 min funta (64 min dollar) başa gəlir.

Martini əməliyyat edən cərrah Kesava Mannur ona kömək məqsədilə mədəsini kiçiltmək qərarına gəlib. O, əmin idi ki, rekordsmeni məhv edən çoxlu miqdarda fəstfud və yarımfabrikat məhsullar olub. Mannur bildirib ki, Britaniya hökuməti piylənmə ilə iki istiqamətdə mübarizəyə başlamalıdır. Bunun biri fastfud və yarımfabrikat məhsulların qiymətini bahalaşdırmaq, ikincisi isə fəstfudlardan imtina üçün imza toplamaqdır. 2014-cü ilin əvvəlindən britaniyalı dizayner Vivien Vestvud bununla bağlı imzatoplama kampaniyasına başlamışdı.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm