Mandelanın daha 2 qızı var - İddia
Bizi izləyin

Bilgi.az

Mandelanın daha 2 qızı var - İddia

Mandelanın daha 2 qızının olması iddiası

Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandelanın daha 2 qızının olduğu iddia edilib.

Belə ki, Mandelanın vəsiyyət işlərindən məsul olan vəkillərindən Michael Katz özlərinə göndərilən bir məktubda 60 yaşlı Onica Mothoa ilə 2009-cu ildə 63 yaşında vəfat edən Mpho Pulenin Mandelanın qızları olduğunun iddia edildiyini bildirib.

Məktubda Pulenin yaxınları və Mothoanın miras gözləmədiyi, sadəcə olaraq Mandelanın qızları kimi tanınmaq istədikləri bildirilib.

Mothoa pulun insanın şəxsiyyətini satın ala bilməyəcəyini vurğulayaraq, “Kim olduğunu bilmək uşaqlarım, hətta nəvələrim üçün çox əhəmiyyətlidir” deyib.

Mandelanın şəcərəsində Onica və Mphonun adları yoxdur.

Cənub Afrikadakı irqi ayrı-seçkiliyə qarşı mübarizə aparan Mandela dekabrın 5-də 95 yaşında vəfat etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm