Dünya xalqlarının maraqlı adətləri
Bizi izləyin

Bilgi.az

Dünya xalqlarının maraqlı adətləri

Əcnəbilərdən məsləhətlər. Onların ölkəsində nəyi etmək tövsiyə olunmur?

Müxtəlif xarici ölkələrdə olanda həmin ölkənin milli-mental dəyərləri, adət-ənənələri ilə tanış olmaq şansı qazanırıq.Bu bizə yerli xalqla daha mehriban ünsiyyət qurmağa yardımçı olur. Elə buna görə də bu gün müxtəlif ölkələrdəki qadağalar haqda danışacağıq:

İrlandiya

Əgər kimsə sizi içkiyə qonaq edirsə, siz də onu içkiyə qonaq etməlisiz, burda sizin hansı cinsə mənsub olmağınız heç bir rol oynamır.

Barda işləyən gənclərə "çayavoy" qoymaq şərt deyil, onlar onsuz da yaxşı qazanırlar. Ofisiantlara isə qoymamaq – bax bu olmaz.

Bəli, biz milyon dəfə "irlandiyalılar içki düşkünüdürlər" zarafatını eşitmişik.

Şotlandiya

Burda heç kimi "ingilis" adlandırmaq olmaz.

Kişilərin gücü onların nə qədər çox içə bilməsi ilə ölçülür. Burda heç bir kişi az içmir və heç kəs içkidən imtina etmir.

Böyük Britaniya

Burada sıra mədəniyyətini pozmağa cəhd etməyin, əks təqdirdə həyatınızla risk etmiş olarsız.

İsveç

Məcbur qalmadığınız, köməyə ehtiyacınız duymadığınız müddətcə tanımadığınız adamlarla dialoqa girməyin.

İctimai nəqliyyat vasitələrində insanlardan bacardığınız qədər aralı oturun. Boş yerlər yoxdursa və yalnız bir nəfərin yanında oturmağa yer varsa, yaxşısı, ayaqüstə gedin. Yox, onlar asosial deyillər, sadəcə nəzakətlidirlər və bir-birilərinin rahatlığının qeydinə çox qalırlar. Yeri gəlmişkən, rahatlıq üçün münasib olan məsafə 3 metrdir.

Hollandiya

Əgər velosiped cığırlarında rahat gəzə biləcəyinizi düşünürsüzsə, çox yanılırsız. Ən yaxşı halda, sizi yıxıb keçəcəklər

Belçika

Yaxşısı, heç kimə kompliment deməyin. Yoxsa, önünüzdəki bir saat ərzində kompliment etdiyiniz adam bunun belə olmadığını, özünün əslində sizin düşündüyünüzdən qat-qat pis olduğunu sübut etməyə çalışacaq.

Fransa

Şəraba su qatmaq olmaz, pendirə sous əlavə etmək qadağandır,yeməyə alkoqol qatmağı ağlınıza da gətirməyin, bircə istisna dondurmadır ki, burda istədiyinizi qarışdıra bilərsiz.

Polşa

Bu ölkədə siz ictimaiyyət arasında alkoqol içə, siqaret çəkə bilməzsiz.Siz onu hətta içməyib, əlinizdə gəzdirsəniz belə, cərimələnə bilərsiz.

Qırmızı borşu bu ölkədə adətən yemirlər, içirlər. Belə ki, siz qırmızı borşu kofe avtomat cihazlarından da əldə edə bilərsiz. Yeri gəlmişkən, bu ölkədə sizə stəkanda içki veriləndə içinə baxın, sonra için, çünki stəkanda qırmızı borş da ola bilər.

İran

İctimai yerlərdə kişilər şort geyinmirlər.

Ölkə ərazisində sosial şəbəkələrdən istifadə edərkən sizin istifadəçi adınızı və parolunuzu dəfələrlə soruşa bilərlər. İrana getmədən öncə hər ehtimala qarşı saxta profil açın.

Türkiyə

Evə daxil olanda ayaqqabılarınızı çıxardın, əgər ev sahibi özü sizə təkidlə ayaqqabılarınızı çıxartmaya bilərsiz demirsə, mütləq çıxardın.

Sizə çay içmək təklif olunursa, imtina etməyin, nə olur olsun çaydan imtina etməyin. Bu çox böyük kobudluq olar.

Çin

Krantdan su içməyin. Təbii ki mədə xəstəliyi qazanmaq və ya birbaşa ölmək istəmirsinizsə.

Yaponiya

Metro stansiyalarında, dayanacaqlarda, xüsusilə də ictimai nəqliyyat vasitələrində telefonla danışmaq olmaz. Bu ətrafdakıları narahat edə, onlara mane ola bilər. İsmarıc yazmağınız məsləhətdir.

ABŞ

Nə olur olsun, uşaqlara toxunmayın, xüsusilə tanımadığınız uşaqlara. Sizi səhv başa düşə və həbs edə bilərlər.

İctimai nəqliyyat vasitələrində tanımadığınız birinə söykənmək normaldır, mağazada isə yox.

Metroda telefonlar tutmur, metroya minməmişdən əvvəl telefonla bütün işlərinizi həll edin.

Salvador

Çalışın burada ingiliscə danışmayın. Əgər ingiliscə danışsanız, yerli camaat elə biləcək ki, siz Amerikadan gəlmisiz. Əgər ABŞ-dan gəldiyinizi düşünsələr, ilk fürsətdə sizi qarət edəcəklər. Yəni, yaxşısı budur, ispan dilini öyrənin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm