"Kitayski" Qız qalası tikiləcək
Bizi izləyin

Bilgi.az

"Kitayski" Qız qalası tikiləcək

Ölkəmizin Çindəki səfirliyinin Azərbaycan mədəniyyəti və incəsənətinin bu ölkədə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq, milli memarlıq incilərimizdən olan Qız qalasının oxşarının Pekin sakinlərinin və turistlərin ən çox ziyarət etdikləri məkanlardan olan Dünya parkında inşa edilməsi təşəbbüsünü qarşı tərəf müsbət dəyərləndirib.

Teleqraf.com-un məlumatına görə, səfir Lətif Qəndilovun parkın rəhbərliyi ilə keçirilmiş görüşündə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qız qalasının oxşarının bu turzim və istirahət obyektinin mərkəzi hissələrindən birində - Eyfel qülləsi və Paris Zəfər Tağının yaxınlığında inşa edilməsinə dair prinsipial razılaşma əldə edilib.

Hazırda maketin hazırlanması üzərində iş gedir.Qeyd edək ki, müxtəlif ölkələrin rəmzi sayılan abidələrin (Eyfel qülləsi, Nyu Yorkdakı Azadlıq abidəsi, Misir ehramları, Tac-Mahal, Ayasofya, Kreml və s.) kiçildimiş formalarının quraşdırıldığı Pekin Dünya parkını ildə 2 milyondan çox turist ziyarət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm