“O ses Türkiye” Emini axtarır – ÖZƏL + FOTOLAR
Bizi izləyin

Bilgi.az

“O ses Türkiye” Emini axtarır – ÖZƏL + FOTOLAR

Türkiyənin məşhur televizyonçusu, "O ses Türkiye" yarışmasının təşkilatçısı Acun Ilıcalı azərbaycanlı gənc istedad, vokalçı Emin Eminzadənin də sözügedən müsabiqədə iştirak etməsini istəyir. Bu barədə Publika.az-a Emin Eminzadənin atası Xəzər Emin açıqlama verib.

X.Emin bildirib ki, Acun dünən onlarla əlaqə saxlayıb:

"Acun ev telefonuna zəng etmişdi. Emini soruşdu. Dedik ki, Azərbaycanda deyil. O, dörd aydır Amerikada təhsil alır. Hələ ki, qərar verməmişik. Amma müəllimi Fidan Qasımovayla məsləhətləşdikdən sonra qərar verəcəyik".

Qeyd edək ki, Emin Eminzadə Amerika Dövlət Departamentinin maddi dəstəyi ilə bu ölkədə təhsil alır. O, həmçinin Bakı Musiqi Akademiyasının birinci kurs tələbəsidir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm