Röyanı təəccübləndirdilər - MARAQLI
Bizi izləyin

Bilgi.az

Röyanı təəccübləndirdilər - MARAQLI

Publika.Az xəbər verir ki, iyunun 14-də populyar müğənni Röya Ayxanın ad günü idi. Müğənninin bağ evində təşkil olunmuş ad günü qonaqlığında dostları ona maraqlı və təəccüblü hədiyyə təqdim ediblər. Hədiyyələrdən biri müğənninin təəccübünə səbəb olub.


Belə ki, həmin hədiyyə Röyanın əksi olan gəlincikdir. Gəlincik indiki Röyanın saçının, dərisinin rəngi və geyimi ilə eynilik təşkil edir.

Qeyd edək ki, Röya ad gününü qeyd etməyəcəyini əvvəlcədən desə də, yaxın dostları və komandası bununla razılaşmayıb, müğənninin bağ evində qonaqlıq təşkil etmişdilər.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm