Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Bizi izləyin

Bilgi.az

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru olan professor Nazim İmanov millət vəkli olduğu dönəmlərdə parıamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. Milli Məclisin ağlamalı gülməcələri" adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

Millət qayğısı

Milli Məclisin nümayəndə heyəti Böyük Britaniyaya gedirdi. Təyyarədə yerimdən durub kiminləsə söhbət etmək üçün qabağa keçmişdim. Geri qayıdanda gördüm ki, kəmərim bağlı olduğu üçün yerimdə oturmağım mümkün deyil. Qonşu kresloda oturan Ağabəy Əsgərov dedi:

- Görürsünüzmü, Nazim bəy, Siz müxalifətçilər ancaq özünüzü düşünürsünüz. Amma biz bütün xalqın, o cümlədən siz müxalifətçilərin də qayğısını çəkirik. Məsələn, indicə dedilər ki, təhlükəsizlik məqsədi ilə kəmərləri bağlayın. Mən özümünkünü də bağladım, sizinkini də.

"Ə, bir kitab oxuyun da"

Bu əhvalat 1996-cı ildə olub. Amma mənim yox, Anar Məmmədxanovun diqqətini çəkib. Mən də iki il sonra ondan eşitmişəm.

Növbəti neft kontraktının müzakirəsi gedir. Əsas sərmayədar Rusiyanın "Lukoyl" şirkətidir. AXCP sədri Əli Kərimli kontraktın siyasi tərəfinə eninə-boluna döşəyir ki, ay nə bilim, biz Rusiyadan canımızı qurtarmaq istəyirik, hökumət isə onlara neft verir və sair, və ilaxır. Vaxtının 9 dəqiqəsini siyasətə həsr edib, 1 dəqiqəsini də iqtisadiyyata saxlayır və çıxışının axırında deyir ki, "Lukoyl"un iqtisadi durumu da yaxşı deyil, çünki keçən il bir yapon bankından 700 mln. dollar kredit alıb.

Bir şirkətin bu boyda kredit almasının əslində pis yox, yaxşı göstərici olduğunu gözəl bilən spiker Rəsul Quliyev fürsəti fövtə vermir:

- Ə bu müxalifət çox interesnidi e... Ə bə bir kitabdan-zaddan oxuyun da. Ollar bullara pulu havayı yerə verillər? İndi sən nə demək istəyirsən, o qıyıqgöz balacaboy millət var e, ağıllı-yaponnar, ollar dəlidilər?

Kitaylar nə bilir qoz nədi

Çin səfərindən qayıtmaq ərəfəsində Maksim Musayev Qərib Məmmədova yaxınlaşır:

- Ay Qərib, başıma iş gəlib axı.

- Noolub ə, pulunu oğruyublar?

- Yox əşi, onu elə gizdətmirəm ki, oğurruya bilsinnər.

- Çamadanı itirmisən?

- Deyirəm, deputatdığa bisavad gəldin, bisavad getdin də. Ə, qastinsada çamadan itər?!

- Noolub-e bəs?

- A kişi, mən bura gələndə bir-iki dostumunan məsləhətdəşdim ki, bəs "Kitay"a nə aparım, orda nə gedir?

Dedilər orda, yanı burda, hər şey var. Axırda biri dedi ki, qoz apar, "kitaylar" qıyıxgöz şeydilər, nə bilillər qoz nədi. Mən də 10 kilo gətirdim. Burda da maqazinə girib nə görsəm yaxşıdı: qoz nə qədər istəsən, özü də su qiymətinə. İndi qalmışam avara, bilmirəm bu qozu neyniyim.

Oturub xeyli fikirləşirlər. Maksim müəllim "Doğurdan bu ticarət qəliz şeyimiş" deyib söhbəti yekunlaşdıranda Qərib müəllim təzə təklif verir:

- Ə, 10 kilo qozu burdan təzədən Bakıya qaytarası döyülsən ha. Ver səfirə.

Maksim müəllim acı təbəssümlə:

-Onu da fikirrəşmişəm, -deyir. – Verməyinə verərəm e, amma bu səfir-yazığ onu neçəyə satacaq ki?!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm