Özü-özünü tənzimləyən çarpayı hazırlanıb
Bizi izləyin

Bilgi.az

Özü-özünü tənzimləyən çarpayı hazırlanıb

Bu cür yeniliklərdən biri də özü-özünü tənzimləyən çarpayıdır. Publika.Az-ın məlumatına görə, İspaniyadakı mebel firmalarından biri səhər oyandığı vaxt yerini yığışdırmağı problem kimi qəbul edənlərə xüsusi çarpayı hazırlayıb.


"Vaxtınızı boşa sərf etməyin, sevdiklərinizə daha çox vaxt ayırın" - şüarı ilə istehsal olunan çarpayı işini sadə üsulla görür. Çarpayının iki tərəfində olan mexaniki qollar yatağın üstündə olan ədyalı çarpayının baş tərəfinə doğru aparır. Bu vaxt yastıqlar da mexaniki şəkildə havaya qalxır və ədyalın tam yerləşməsini təmin edir. Çarpayının öz-özünü tənzimləməsi 1 dəqiqədən də az vaxta başa gəlir.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm