Su üzərində yeriyənlər – FOTO + VİDEO
Bizi izləyin

Bilgi.az

Su üzərində yeriyənlər – FOTO + VİDEO

Slovakiyalı turistin ölkəsində yerləşən Yuxarı Tatra dağ silsiləsində çəkdiyi video internetdə müzakirəyə çıxarılıb.

Belə ki, 38 yaşlı Tomas Nunuk büllur kimi təmiz olan gölün buz bağlamış səthi ilə yeriyib. Bunu videoya alan Tomasın sanki havada gəzdiyi effekti yaranıb. O, dekabrın 8-də "YouTube"-da "Slovakiya dağlarında gözəl, təmiz buz üzərində səyahət" adlı video yerləşdirib. Artıq bir neçə gün ərzində videoya yarım milyon baxış qeydə alınıb.

38 dəqiqəlik videoda 3 turist buz bağlamış gölün üzərində hərəkət edir. Buzun qalınlığı o qədər nazikdir ki, onlar sanki havada süzürlər. Buz qatının şüşə kimi nazik olmasına şübhə ilə yanaşanlar da var. Lakin Tomas onları vətəni Slovakiyaya dəvət edərək, bu yerləri gözləri ilə görməyə çağırıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm