Dünyanın ən təhlükəli 10 ölkəsi - SİYAHI
Bizi izləyin

Bilgi.az

Dünyanın ən təhlükəli 10 ölkəsi - SİYAHI

Londonda yerləşən "Control Risks" Təşkilatı 2015-ci ilin risk xəritəsi dərc edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilat oğurluq, fırıldaqçılıq, adam qaçırma və terror hücumu kimi meyarlar üzrə dünyanın ən təhlükəsiz və ən təhlükəli ölkələri qruplaşdırıb.

Dünyanın ən təhlükəsiz ölkələri Avropadadır. İsveçrə, Norveç, Danimarka və İslandiya ən etibarlı ölkələr olaraq göstərilir. Almaniya və digər Avropa ölkələrinin də etibarlı ölkələr olaraq göstərildiyi siyahıda yalnız Ukrayna riskli ölkə kimi qiymətləndirilir.

Mərkəzi Afrika Respublikası, Somali, Əfqanıstan, Suriya, İraq, Nigeriya, Yəmən, Konqo, Pakistan və Fələstin dünyanın ən təhlükəli ölkələri sıralamasında ilk onluqda yer alıb.

Hesabata görə, adam qaçırma baxımından ən təhlükəli ölkələr aşağıdakılardır:

1.Meksika

2.Hindistan

3.Pakistan

4.Iraq

5.Nigerya

6.Liviya

7. Əfqanıstan

8. Banqladeş

9. Sudan

10. Livan

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm