Bilgi.az
Bu adam özünü "İblis"ə çevirdi - VİDEO, FOTO
Britaniyanın Kent qraflığında yaşayan rəssam tatuaj və pirsinq
həvəskarıdır. Lakin onu özü kimilərindən köklü şəkildə fərqləndirən
əsas məqamlardan biri ifrata varmasıdır. Daha doğrusu, özünü
"Diablo Delenfer" adlandıran rəssam indiyədək dəfələrlə cərrahiyyə
əməliyyatlarına məruz qalaraq simasını "İblis sifəti"nə çevirməyə
çalışır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Diablo"nun dediyinə görə, simasının dəyişdirilməsi üçün indiyədək 10 min funt-sterlinqdən çox pul xərcləyib.
"Dəyişiklik prosedurları" arasında göz bəbəklərinin qırmızı rəngli tatuajı, dilin ikiyə bölünməsi və alın dərisinin altına sümük implantatların tikilməsi də vardı. Bu əməliyyatlar narkozla aparılıb.
Narkozsuz əməliyyatlar isə üz, boyun, çiyin və qollara çoxsaylı tatuajların vurulması idi. "Diablo Delenfer" saçlarını belə dəyişmək üçün başında dərinin altına metal çöplər qoydurub.
Əsl ad və soyadı Qevin Preslou olan "Diablo Delenfer"in dediyinə görə, Velzevula, yəni İblisə bənzəmək istəyir.
"Bütün bunları bilərəkdən, şüurlu şəkildə etməliyəm. Ağrıdan da qorxmuram. Çünki əgər sən İblis-adamsansa, ağrının təsirindən çəkinməyə dəyməz. İblisə bənzəmək istəyirəm, çünki belə yaşam daha maraqlıdır", - 43 yaşlı Q.Preslou söyləyib.
Onun sözlərinə görə, vücuduna əsərlər yaratmaq vasitəsi kimi
baxır: "Bədənimin modifikasiyası ilk baxışdan qəribə, ekssentrik
təsir bağışlaya bilər. Lakin bu mənim seçimimdir. İblisə sitayiş
etmirəm, satanist deyiləm. Bir qədər əcaib təsir bağışlaya bilərəm.
Anlayıram".
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!